Qabal kəndində əməliyyat zamanı öldürülən Mirzə Əliyevin zərərsizləşdirilməsi ilə bağlı yeni detallar məlum olub
Qabal kəndində keçirilən xüsusi əməliyyat zamanı 52 yaşlı Mirzə Əliyevin zərərsizləşdirilməsi ilə bağlı yeni detallar məlum olub.

“Interpressnews”la söhbətində ailə üzvləri təsdiqləyiblər ki, polis əməliyyatı zamanı ilk atəşi məhz 52 yaşlı Mirzə Əliyev açıb. Onların dediyinə görə, Mirzə Əliyev elə bilib ki, evinə oğrular giriblər.

Ailə üzvləri həmçinin polisin güc tətbiq etməsini tənqid edirlər
və bildirirlər ki, hüquq-mühafizə əməkdaşları heç bir xəbərdarlıq etmədən evə daxil olublar.

Bununla yanaşı, onlar Mirzə Əliyevin “kriminal aləmlə əlaqəsi” olduğu barədə iddiaları da rədd edirlər.


“Nəyə görə evə girdilər, niyə onu tutmaq istəyirdilər — bunu bizə heç kim demir. Bildiyimizə görə, Mirzə maskalı adamları görəndə oğru zənn edib və atəş açıb, bundan sonra xüsusi təyinatlılar cavab atəşi açıblar və o, yerindəcə ölüb. Evin vəziyyətinə baxın, divar və pəncərələrdə hər şey görünür. Biz inanmırıq ki, Mirzənin ‘kriminal aləmlə’ hər hansı əlaqəsi olub”, –Mirzə Əliyevin ailə üzvləri deyiblər.

Xatırladaq ki, bu gün Daxili İşlər nazirinin müavini Aleksandre Daraxelidze bildirib ki, “kriminal aləmlə” əlaqədə olmaqda şübhəli bilinən 34 nəfər saxlanılıb və saxlanılmalı olan şəxslərdən biri – Mirzə Əliyev xüsusi təyinatlılara atəş açıb, cavab atəşi nəticəsində yerindəcə zərərsizləşdirilib.

“Əməliyyat zamanı Laqodexi rayonunun Qabal kəndində saxlanılmalı olan 1973-cü il təvəllüdlü Mirzə Əliyev, barəsində məhkəmənin qərarı olan şəxs, xüsusi təyinatlılara intensiv atəş açıb. Nəticədə bir xüsusi təyinatlı sinə nahiyəsindən ağır yaralanıb. Polisin cavab atəşi nəticəsində Mirzə Əliyev yerindəcə zərərsizləşdirilib,” – deyə Daraxelidze bildirib.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google