Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin direktor
müavini Paatа İmnadzenin sözlərinə görə,
qotur xəstəliyinin hallarının artımı müşahidə edilmir və narahat
olmağa səbəb yoxdur.
Onun dediyinə görə, il ərzində təkcə Gürcüstanda yox, Avropa
ölkələrində də əhalinin təxminən 1%-də bu xəstəlik müşahidə olunur.
Hazırda Gürcüstanda da eyni göstəricilər mövcuddur. Mütəxəssislər
bildirirlər ki, qoturun müalicəsi asandır və xəstəlik
dəri ilə
birbaşa, uzunmüddətli təmas zamanı yayılır.
“Qotur xəstəliyi hər il olur, artım yoxdur, hər kəsdə
yarana bilər və panikaya ehtiyac yoxdur.
Qotur gənə (parazit) səbəbindən yaranan xəstəlikdir. Əsas simptomu
şiddətli qaşıntıdır.
O, yalnız dəri ilə dəriyə uzunmüddətli təmasla keçir, lakin bəzən
paltar, dəsmal və yataq dəsti vasitəsilə də yoluxa bilər.
Müalicə çox asandır – xüsusi məlhəmlərlə aparılır.
Profilaktika məqsədilə yoluxmuş şəxslə təmasdan, həmçinin
başqasının dəsmalından, paltarından və yataq dəstindən istifadə
etməkdən çəkinmək lazımdır.
Müalicə yalnız xəstəyə deyil, onun bütün ailə üzvlərinə və yaxın
təmasda olan şəxslərə də aparılmalıdır,” – deyə
İmnadze bildirib.
Sosial şəbəkələrdə ölkədə qaşınma hallarının artdığı barədə
məlumatlar yayılıb. Vətəndaşlar bildirirlər ki, xəstəlik
məktəblərdə və uşaq bağçalarında da qeydə alınıb.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.