Yeni formada şəxsiyyət vəsiqələrinin verilmə müddəti yenidən uzadılıb
“Gürcü Arzusu” hökumətinin ədliyyə naziri yeni əmr imzalayıb və bu dəfə müddət 2025-ci ilin 22 dekabrına qədər uzadılıb. Əvvəlki qərara əsasən, yeni vəsiqələrin verilməsi 3 noyabrda başlamalı idi.

“Gürcüstan vətəndaşının elektron şəxsiyyət vəsiqəsinin, Gürcüstanda yaşayan əcnəbilər üçün müvəqqəti və daimi yaşayış elektron vəsiqələrinin, həmçinin müvəqqəti şəxsiyyəti təsdiqləyən elektron vəsiqənin texniki xüsusiyyətləri və formalarının təsdiqlənməsi haqqında” əmr 2025-ci
il 10 martda dərc olunmuşdu. Həmin qərara görə, yeni formadakı şəxsiyyət vəsiqələri, biometrik pasportlar və digər sənədlər 2025-ci il 4 iyundan etibarən verilməli idi.

Ancaq bu tarix bir neçə dəfə təxirə salınıb.

Yeni dizayndakı biometrik pasportların verilməsinə artıq başlanıb – bu, 2025-ci il 6 oktyabrdan etibarən müraciət edən vətəndaşlara aiddir.

Amma yeni şəxsiyyət vəsiqələrinin verilməsi hələ başlamayıb.

Yeni dizaynda şəxsiyyət vəsiqələri 2025-ci il 22 dekabrdan etibarən müraciət edən vətəndaşlara veriləcək (əlbəttə, əgər bu tarix bir daha dəyişdirilməzsə).

Qeyd: Yeni sənədlər qüvvəyə mindikdən sonra, artıq verilmiş (indiki) şəxsiyyət vəsiqələri və pasportlar etibarlılıq müddəti bitənədək qüvvədə qalacaq.

Yəni vətəndaşların mövcud pasport və şəxsiyyət vəsiqələrini dəyişmək məcburiyyəti olmayacaq — onlar yalnız sənədin etibarlılıq müddəti bitdikdə dəyişdiriləcək.

Mənbə: batumelebi.netgazeti.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google