Hərbi bloqerlər Azərbaycanın Çindən HQ-9B havadan müdafiə sistemləri aldığını yazır
Bakıda noyabrın 8-də keçiriləcək Qələbə paradının məşqlərində ilk dəfə olaraq Çinin FD-2000B (HQ-9B) havadan müdafiə sistemləri nümayiş olunub. Bu barədə hərbi təhlil saytları yazır.

Ukraynanın "Militarnyi" portalının yazdığına görə, bu sistem ona görə diqqət çəkir ki, daha öncə Azərbaycanın malik olduğu silahlar arasında göstərilməyib.

Çin, Rusiya, İsrail sistemləri bir arada
"Mariner" isə hazırlıq məşqlərində Rusiyanın
"Tor-M2E" yaxınmənzilli təyyarə əleyhinə raket sisteminin də olduğunu yazır.


2018-ci ildə Azərbaycanın FD-2000B almağa maraq göstərməsi barədə məlumatlar vardı. Onda bu sistem Rusiyanın S-300 sisteminə alternativ sayılırdı, sonuncu artıq Azərbaycan ordusunun silah arsenalında mövcud idi.

"Militarnyi" yazır ki, hazırda Azərbaycanın havadan müdafiə sistemləri arasında "Tor-M2E" və S-300 (Rusiya), "Barak MX" (İsrail) var. Çin sistemi isə ölkənin havadan müdafiəsinin çevikliyini əhəmiyyətli artıra bilər.

FD-2000B Çinin uzaqmənzilli HQ-9B raket sisteminin ixrac versiyasıdır. HQ-9B S-300 sisteminin sovet texnologiyasına əsaslanır, ancaq illərlə modernləşdirilib, indi özünün elektron bazası, təkmilləşdirilmiş idarəetmə alqoritmləri var. Raketlərin uçuş məsafəsinin 200 km, hədəfi tutma hündürlüyünün 27 km olduğu bildirilir.

Azərbaycan hakimiyyəti FD-2000B alışı üzrə kontrakt imzalandığını rəsmən açıqlamayıb.

Yeni sistem ayrıca işləyəcək, yoxsa inteqrasiya olunacaq
"Defense Blog" yazır ki , bu alış Çinin müasir havadan müdafiə sistemləri ixracatçısı kimi rolunun artdığını göstərir. Daha öncə Misirə və Pakistana oxşar sistemlər satılıb.

Digər yandan, daha kiçik ölkələrin milli tələblərinə uyğun olaraq qarışıq havadan müdafiə sistemlərini bir araya gətirdiyini göstərir. Amma bu zaman inteqrasiya və texniki xidmətdə problemlər çıxa bilər: fərqli sensorlar, idarəetmə sistemləri, logistika zəncirləri birgə və səmərəli işdən ötrü əlavə səylər tələb edir.

"FD-2000B təkbaşına güc balansını dəyişdirməsə də, onun yerləşdirilməsi Cənubi Qafqazda hava və raket əməliyyatlarının operativ planlaşdırılmasına təsir göstərə bilər. Yaxın hava məkanından uçan təyyarələrin hərəkət azadlığını çətinləşdirə bilər", – məqalədə vurğulanır.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google