Prokurorluq odlu silahların qanunsuz ələ keçirilməsi və satılması faktına görə iki nəfərə ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu əvvəlcədən razılaşdırılmış şəkildə, odlu silahları mənimsəmək məqsədilə qanunsuz ələ keçirmə, habelə qrup halında odlu silahların qanunsuz saxlanması və satılması faktlarına görə David Mikadze və David Çubinidzeyə ittiham irəli sürüb.

Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində müəyyən edilib ki, 2021-ci ilin əvvəlində David Mikadze və David Çubinidze, zərərçəkmiş Vax­tanq Kobiaşvilinin evində odlu silahlar saxladığını bildikdən
sonra, həmin silahları qanunsuz şəkildə ələ keçirməyi planlaşdırıblar. Bu məqsədlə David Çubinidze, David Mikadze ilə razılaşaraq, Vax­tanq Kobiaşvilini hədə-qorxu ilə onun evinin açarını verməyə məcbur edib. Daha sonra isə polisə müraciət edərək, guya silahların naməlum şəxs tərəfindən oğurlanması barədə yalan məlumat verib.

Nəticədə David Mikadze və David Çubinidze, Vax­tanq Kobiaşvilinin mülkiyyətində olan odlu silahları qanunsuz olaraq ələ keçiriblər. Söhbət aşağıdakı modellərdən gedir: GLOCK–42, SIG-SAUER P-320 COMPACT MEDIUM, DANIEL DEFENSE DDM4 PDW, NAA 22 LLR və BARNOW – CORECCO.

Həmçinin, David Mikadze və David Çubinidze silahları qanunsuz olaraq ələ keçirdikdən sonra Vax­tanq Kobiaşvili ilə görüşərək, onun hüquq-mühafizə orqanlarına verdiyi məlumatla maraqlanıblar və silahların qanunsuz ələ keçirilməsi barədə polisə məlumat verdiyi halda, onu öldürməklə təhdid ediblər.

İstintaqın məlumatına görə, onlar ələ keçirdikləri odlu silahlardan biri – GLOCK–42 modelini David Qoğeliani adlı şəxsə satıblar. Həmin silah, David Qoğelianinin evində aparılan axtarış zamanı aşkar edilərək götürülüb. David Qoğeliani bu ilin 19 sentyabr tarixində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 236-cı maddəsinin üçüncü bəndi (odlu silahın qanunsuz alınması və saxlanması) ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları David Çubinidzeni 4 noyabrda saxlayıblar. O və digər iş üzrə axtarışda olan David Mikadze, Cinayət Məcəlləsinin 236-cı maddəsinin altıncı hissəsinin “a” bəndi (qrup halında odlu silahların qanunsuz saxlanması və satılması) və 237-ci maddəsinin üçüncü hissəsinin “a” bəndi (əvvəlcədən razılaşdırılmış şəkildə odlu silahın mənimsənilməsi məqsədilə qanunsuz ələ keçirilməsi) ilə ittiham olunublar.

Bu maddələrə görə, 13 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Prokurorluq, David Çubinidze barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı, qanunla müəyyən edilmiş müddətdə Tbilisi Şəhər Məhkəməsinə vəsatətlə müraciət edəcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google