Prokurorluq “Gürcüstan Dəmir Yolları” əməkdaşına özgə əmlakını mənimsəməyə cəhd ittihamı irəli sürüb
Gürcüstan Prokurorluğu özgə əmlakını mənimsəməyə cəhd faktına görə “Gürcüstan Dəmir Yolları” SC-nin əməkdaşına ittiham irəli sürüb.

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən aparılan istintaq nəticəsində müəyyən edilib ki, “Gürcüstan Dəmir Yolları” SC-nin Saliandaqo Departamentinin Xaraqauli sahəsinin Marelisi idarəsinin növbə rəisi A.Q. dəmir yoluna məxsus taxta şpalları 450 lari müqabilində satmağa cəhd edib.

Aparılmış istintaq hərəkətləri
nəticəsində, qanunsuz sövdələşmə zamanı vətəndaşdan alınmış 450 lari məbləğində pul vəsaiti götürülüb.

Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 19-182-ci maddəsinin 2-ci hissəsinin “g” və “d” bəndləri ilə (vəzifə səlahiyyətlərindən istifadə etməklə özgə əmlakını mənimsəməyə cəhd və bunun nəticəsində əhəmiyyətli zərər vurulması) ittiham irəli sürülüb.

Bu maddələr 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Prokurorluq, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə vəsatət təqdim edəcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google