Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin
Rustavi Şəhər İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən
əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində,
1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş V.K. adlı şəxs
əlilliyi olan bir qadına qarşı hədələmə, insan alveri və zorlamа
ittihamı ilə saxlanılıb.
Qanun pozuntuları 9 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzasını
nəzərdə tutur.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs əlilliyi olan
D.S.-ni fiziki zor tətbiq etməklə və hədələmə yolu ilə küçədə
dilənməyə və qazandığı pulu ona verməyə məcbur edib.
İstintaq tədbirləri nəticəsində həmçinin müəyyən edilib ki, V.K.
zor tətbiq etməklə D.S.-ə qarşı onun iradəsinə zidd olaraq
dəfələrlə cinsi əlaqədə olub.
Polis əməkdaşları V.K.-nı istintaq çərçivəsində
təqsirləndirilən
şəxs qismində saxlayıblar.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 143¹-ci
maddəsinin II hissəsinin “b” bəndi (insan alveri), 137-ci maddənin
III hissəsinin “d” bəndi (zorlamа) və 151-ci maddənin II hissəsinin
“g” bəndi (hədələmə) ilə aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.