Tikinti bahalaşıb – səbəblər

2025-ci ilin sentyabr ayında tikinti dəyəri indeksi əvvəlki ayla müqayisədə 0,1 faiz azalıb,

əvvəlki ilin eyni ayı ilə müqayisədə isə 4,7 faiz artıb. Bu barədə məlumatı Gürcüstanın Milli Statistika Xidməti yayıb.

Qurumun məlumatına görə, göstəricilər aşağıdakı kimidir:

  • Yaşayış sektoru üzrə indeks əvvəlki ayla müqayisədə 0,5 faiz azalıb, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə
    7,5 faiz artıb;
  • Qeyri-yaşayış sektoru üzrə indeks əvvəlki ayla müqayisədə 0,5 faiz artıb, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 5,9 faiz artıb;
  • Mülki (infrastruktur) sektor üzrə indeks əvvəlki ayla müqayisədə 0,01 faiz azalıb, lakin ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artıb.

“2025-ci ilin sentyabr ayında tikinti dəyəri indeksi əvvəlki ayla müqayisədə 0,1 faiz azalıb. Bu dəyişiklik əsasən tikinti sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 1,6 faiz azalması ilə bağlı olub və ümumi indeksin dəyişməsinə -0,23 faiz bəndi təsir edib.

Əvvəlki ilin eyni ayı ilə müqayisədə tikinti dəyəri indeksi 4,7 faiz artıb. İndeksin artımı əsasən tikinti sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 19,2 faiz artması və maşın-avadanlıqlar xərcləri kateqoriyasının 5,3 faiz bahalaşması ilə bağlı olub ki, bu da müvafiq olaraq ümumi indeksə 4,29 və 0,34 faiz bəndi əlavə edib.

Bununla yanaşı, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikinti dəyəri indeksi 24,8 faiz artıb,”
– deyə “Sakstat”ın məlumatında qeyd olunur.


Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


 

Print Email
FaceBook Twitter Google