Polis supermarketdə baş vermiş zorakılıq hadisəsinə görə 4 nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake–Saburtalo Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, kütləvi zorakılığı təşkil etmək və onun iştirakçısı olmaq ittihamı ilə 4 nəfər saxlanılıb.
  • 1996-cı il təvəllüdlü J.Ç.,
  • 2000-ci il təvəllüdlü L.Q.,
  • 1999-cu il təvəllüdlü D.P.,
  • 1995-ci il təvəllüdlü D.K.
Qeyd edək ki, bu cinayət işi üzrə artıq Manana Qiorqobiani də saxlanılmışdır.

Qanun pozuntusu 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Hadisə bu ilin 2 noyabrında gecə saatlarında baş verib. İttiham edilən Manana Qiorqobiani Tbilisinin Çikovani küçəsində yerləşən supermarketin əməkdaşları – 2006-cı il təvəllüdlü T.M. və 2004-cü il təvəllüdlü E.M.-ə sözlü təhqir göstərib. Daha sonra o, tanışı, 1996-cı il təvəllüdlü J.Ç.-ə zəng edib. J.Ç. və onunla birlikdə olan şəxslər hadisə yerinə gəlib, supermarketin iki əməkdaşını zor tətbiq edərək kənar əraziyə çıxarıblar və onlara qarşı kütləvi fiziki zorakılıq göstəriblər.

Faktla bağlı istintaq davam edir və cinayət törətmiş digər şəxsin yerinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.

Eyni zamanda, aparılan istintaq tədbirləri zamanı J.Ç.-nin qanunsuz saxladığı ehtimal olunan odlu silahlar və döyüş sursatları maddi sübut kimi götürülüb:
  • 2 avtomat tipli odlu silah,
  • 1 tapança (gluşovlu),
  • müxtəlif növ odlu silahlar üçün nəzərdə tutulmuş 110 patron.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 225-ci və 126-cı maddələri üzrə aparılır ki, bu da kütləvi zorakılıq və onun təşkili ilə bağlıdır.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google