Amerikalı konqresmenlər ABŞ dövlət katibi Marko Rubioya iki
partiyalı məktub göndərərək administrasiyanı Gürcüstanda
antiamerikan ritorikanın
artması fonunda gürcü rəsmi şəxslərinin ədalətsiz hədəfi olan
ABŞ-ın keçmiş əməkdaşını qorumağa çağırırlar — bu barədə ABŞ
Senatının Xarici Əlaqələr Komitəsi tərəfindən yayılan mətbuat
relizində bildirilir.
Söhbət Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mamuka
Mdinaradzenin bəyanatından gedir. O, iddia edib ki, guya
Tailanddakı ABŞ
səfirliyi “Çin təhlükələrinə” qarşı mübarizə üçün
nəzərdə tutulan vəsaitləri Gürcü “radikalların” dəstəklənməsinə
xərcləyir.
Məktubda konqresmenlər Marko Rubiodan tələb edirlər ki, Gürcüstan
hakimiyyətindən zəmanət alsın — ABŞ-ın Beynəlxalq İnkişaf
Agentliyinin (USAID) Xarici Xidmətinin keçmiş əməkdaşları (Foreign
Service Nationals, FSNs) və ABŞ tərəfindən işə götürülmüş digər
şəxslər böhtan və ya təqiblərin qurbanı olmayacaqlar.
Onlar həmçinin Dövlət Departamentini çağırırlar ki, Gürcüstanın
hakim partiyası “Gürcü Arzusu” tərəfindən yayılmış və ABŞ-ın keçmiş
əməkdaşlarını təhlükə altına qoyan yalan məlumatlara sərt şəkildə
cavab versin.
Məktuba imza atanlar ABŞ senatorları Cin Şahin (Demokrat
Partiyası), Senatın Xarici Əlaqələr Komitəsinin üzvü Rocer Uiker
(Respublikaçı Partiya), Con Körtis (Respublikaçı Partiya), Şeldon
Vaythaus (Demokrat Partiyası) və konqresmenlər Co Uilson
(Respublikaçı Partiya) və Stiv Koen (Demokrat Partiyası)dır.
Məktubda qeyd olunur:
“"Gürcü Arzusu"nun rəhbərliyi ilə Gürcüstan hökuməti
dəfələrlə ABŞ ilə ikitərəfli münasibətlərin bərpası arzusunu ifadə
edib, lakin onların addımları və bəyanatları bunun əksini göstərir.
Sizi çağırırıq ki, Gürcüstan hökumətindən zəmanət tələb edəsiniz —
USAID-in Xarici Xidmətinin keçmiş əməkdaşları və ABŞ tərəfindən işə
götürülmüş digər şəxslər böhtan və ya hücumların hədəfi
olmayacaqlar.”
Konqresmenlərin sözlərinə görə, “1 oktyabrda mediada yayılan
xəbərlərə əsasən, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri
Mamuka Mdinaradzə ABŞ hökumətini inqilabı təşviq etməkdə ittiham
edib, guya xarici xidmət əməkdaşlarına maaş ödənişi adı altında
vəsait verilib.”
“Əslində bu ödənişlər işdən çıxan əməkdaşlara təqaüd kompensasiyası
kimi Gürcüstan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilmişdi.
Onun şərhlərini ‘Gürcü Arzusu’nun digər siyasətçiləri də
paylaşdılar. Bu yanlış təqdimat xarici xidmət əməkdaşlarını təhlükə
altında qoyur. Bu bəyanatlar eyni zamanda göstərir ki, ‘Gürcü
Arzusu’ ABŞ ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində
ciddi niyyət göstərmir,” – deyə məktubda
vurğulanır.
Məktub müəllifləri qeyd edirlər ki, ABŞ hökuməti xarici ölkələrdə
fəaliyyət göstərmək üçün yerli işçilərə güvənir və onların
vasitəsilə ABŞ siyasətini həyata keçirir.
“Əgər biz bu əməkdaşları xarici hökumətlərin
hücumlarından qorumasaq, bu, bizim dünya üzrə siyasətimizi həyata
keçirmək və yerli əməkdaşları cəlb etmək imkanlarımızı
məhdudlaşdıracaq. Biz sizi bu hücumları qınamağa və Dövlət
Departamentinin ABŞ adından çalışan şəxslərin hədəfə alınmasına
güclü cavab verməsini təmin etməyə çağırırıq,” – deyə
konqresmenlər Marko Rubiyoya yazırlar.
Bundan əvvəl, 9 oktyabrda, Senatın Xarici Əlaqələr Komitəsinin
sədri Cim Riş (Respublikaçı Partiya) və komitədə demokratların
lideri Cin Şahin birgə bəyanat yayaraq bildirmişdilər ki,
“Gürcüstan hökumətinin ABŞ-ın keçmiş əməkdaşlarını əsassız olaraq
ittiham etməsi, guya onların Gürcüstan hökumətini zəiflətməyə
çalışması, qəbuledilməzdir.”
“Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze 8 oktyabrda
keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentini “dərin dövlətin
təsiri altında fəaliyyət göstərmədiyini” sübut etməyə çağırıb və
bunu “hakimiyyətin devrilməsi cəhdinin pislənməsi” ilə
əsaslandırıb. Söhbət 4 oktyabrda Tbilisidə baş verən hadisələrdən
gedir — o zaman etirazçılar Prezident Sarayının hasarını aşaraq
həyətə daxil olmuşdular.
Kobaxidze bu bəyanatı ABŞ Dövlət Departamentində Gürcüstan səfiri
Tamar Taliaşvilinin çağırılmasına cavab olaraq səsləndirib. Dövlət
Departamenti “Gürcü Arzusu” nümayəndələrinin “Tailanddan inqilabın
maliyyələşdirilməsi” barədə açıqlamaları ilə bağlı “dərin
narahatlığını” ifadə edib.
Baş nazir eyni brifinqdə yenidən bildirib ki, ABŞ administrasiyası
ilə münasibətləri “yenidən başlamaq” istəyirlər.
Bununla belə, ABŞ 2024-cü ilin noyabrında Gürcüstanla çoxillik
strateji tərəfdaşlığı dayandırıb.
Buna səbəb “agentlər haqqında qanun”, “Gürcü Arzusu” rəsmilərinin
anti-Qərb ritorikası və saxta ittihamlar əsasında aparılan təbliğat
olub. ABŞ dəfələrlə Gürcüstan hökumətini Avropa və Avroatlantik
inteqrasiya yoluna qayıtmağa çağırıb.
Strateji tərəfdaşlığın dayandırılması barədə qərar Dövlət
Departamenti tərəfindən 2024-cü il 30 noyabrda elan edilib. Bu,
hökumətin 28 noyabrda Gürcüstanın Aİ-yə üzvlük danışıqlarını
2028-ci ilə qədər gündəmə gətirməmək qərarından və bu qərara qarşı
keçirilən etirazların zorakılıqla dağıdılmasından sonra baş
verib.
Vaşinqton “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişviliyə və
hökumətin müxtəlif qollarının nümayəndələrinə sanksiyalar tətbiq
edib.
“Gürcü Arzusu” ümid edirdi ki, ABŞ-ın siyasətini prezident Tramp
dəyişəcək.
2025-ci il 13 mayda hökumət başçısı İrakli Kobaxidze açıq məktubla
ABŞ prezidenti Donald Trampa və vitse-prezident Cey Di Vensə
müraciət edib.
28 mayda ABŞ səfirliyi açıqlama yayaraq bildirmişdi ki, “Gürcü
Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili səfir Robin
Daniganla görüşdən imtina edib — həmin görüşdə Tramp
administrasiyasının mesajı çatdırılmalı idi.
İvanişvili cavab məktubunda səfirliyin bəyanatını “anlaşılmaz”
adlandırıb.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.