İrakli Kobaxidze: Bu gün gördüyümüz Avropa İttifaqının üzvü olmaq istəmirik

“Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze bu günki Avropa İttifaqını bəyənmir.


Bu ittifaq, Gürcüstan hökumətində olan partiyaya qarşı tənqidi mövqedədir. Kobaxidze düşünür ki, “Gürcü Arzusu”nu demokratik geriləmədə ittiham edən Avropa İttifaqında ölkələr suverenlik problemləri ilə üzləşir.

“Bu tragik vəziyyət həm iqtisadi problemlərdə, həm də siyasi problemlərdə öz əksini tapır, hansı ki, bu gün
Avropa İttifaqında Avropa bürokratiyası tərəfindən, suverenliyin itirilməsindən qaynaqlanır.
Ümid edirik ki, bu tragik vəziyyət dəyişəcək və bu gün Avropa məkanının demokratik, insan hüquqları və iqtisadi baxımdan yaşadığı davamlı geriləmə geri dönəcək.
Biz belə geri dönmüş Avropa İttifaqının üzvü olmaq istəyirik, bu gün gördüyümüz tipli üzv olmaq yox”,
– deyə İrakli Kobaxidze bildirib.

4 noyabrda Avropa İttifaqının 2025-ci il genişlənməsi ilə bağlı hesabatı dərc olunub. Hesabatda “Gürcüstanda vəziyyətin kəskin pisləşməsi səbəbindən ciddi narahatlıq” ifadə olunub.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Gürcüstan Avropa İttifaqına üzvlük namizədləri arasında yeganədir ki, üzvlük yolunda geriləmə, hətta ciddi geriləmə yaşayıb.

“Bu mərhələdə, əgər vəziyyət kəskin dəyişməsə Gürcüstanın Avropa İttifaqına gedən yolu yoxdur – Gürcüstan indi yalnız nominal olaraq namizəd ölkədir”, – deyə o bildirib.



Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.




 

Print Email
FaceBook Twitter Google