Kənd təsərrüfatı torpaqlarının qeydiyyatı prosesi qüsurlarla davam edir və müddət yenidən uzadıla bilər

Gürcüstanda kənd təsərrüfatı torpaqlarının qeydiyyatı üzrə dövlət proqramı illərdir davam edir, lakin qeydiyyatla bağlı mövcud problemlər hələ də tam həllini tapmayıb.


Torpaqların sistemli qeydiyyatının başa çatdırılması bir neçə dəfə təxirə salınıb. Son uzadılmış müddətə əsasən, qeydiyyat 2026-cı il yanvarın 1-dək başa çatmalıdır.

Lakin hüquq şirkəti “OK and CG”-nin təsisçisi və vəkili Otar Kaçkaşvilinin verdiyi məlumata görə, qeydiyyat prosesindəki problemlər fonunda bu müddətin yenidən uzadılması mümkündür.

“Artıq bir neçə dəfə qanunun qüvvədə olma müddətinin uzadılmasının şahidi olmuşuq. Bu baxımdan, bizim gözləntimiz tamamilə məntiqlidir – ola bilər ki, müddət bir daha uzadılsın, çünki hələ də qanunla müəyyən olunmuş məqsədə nail olunmayıb.
Bütün bu proses bir çox problemlərlə və nöqsanlarla müşayiət olunur — təəssüf ki, elə hallar da var ki, insanlar bir-birinə müxtəlif mülkiyyət hüquqlarını təsdiqləyirlər və bunun nəticəsində digər şəxslərin və ya dövlətin əmlakı mənimsənilir,”
– deyə Otar Kaçkaşvili bildirib.

Hüquqşünasın sözlərinə
görə, vətəndaşlar arasında belə qarşılıqlı “yoxlama” hallarının gələcəkdə məhkəmə işlərinə səbəb olması mümkündür.

“Qeyd etmək lazımdır ki, bu yolla kənd təsərrüfatı təyinatlı olmayan, meşə zonasında və ya xüsusi statuslu ərazilərdə yerləşən torpaqlar da mənimsənilir — halbuki orada şəxsi mülkiyyətə icazə verilmir. Gələcəkdə belə hallar məhkəmə proseslərinin başlanmasına səbəb ola bilər, çünki iki-üç nəfər guya mülkiyyət sahibi olduğunu qarşılıqlı şəkildə təsdiqləyərək həmin torpağı Dövlət Reyestrində qeydiyyatdan keçirir.
Tez-tez belə hallarla da qarşılaşırıq ki, adətən “təsdiqləmə sxemi” adlandırılan üsulla real sahiblərin əmlakı mənimsənilir. Əgər 2-3 nəfər mülkiyyəti “təsdiqləməyə” qərar versə, həmin əmlak qeydiyyata alınır və bu, məhkəmə çəkişmələrinə və qeydiyyatın dayandırılmasına gətirib çıxarır. Mümkündür ki, bu səbəbdən də müəyyən sayda torpaq sahələri hələ qeydiyyata alınmayıb,”
– deyə Otar Kaçkaşvili müsahibəsində qeyd edib.


Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google