Dmanisidə qəsdən adam öldürmə ittihamı ilə bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Kvemo Kartli Polis İdarəsinin Dmanisi Rayon Bölməsinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə bir nəfəri həbs ediblər. O, dünyasını dəyişmiş şəxsin cəsədini öz həyətində basdırıbmış.

1979-cu il təvəllüdlü və əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş C.A. qəsdən adam öldürmə ittihamı ilə həbs edilib.

“Hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən aparılan istintaq nəticəsində məlum olub ki, sərxoş vəziyyətdə olan C.A. ilə D.D. arasında mübahisə fiziki qarşıdurmaya çevrilib. Nəticədə D.D. tarazlığını itirib, pilləkənlərdən yuvarlanıb və beton daşın üzərinə yıxılıb. Aldığı xəsarətlər
nəticəsində D.D. hadisə yerində dünyasını dəyişib. Təqsirləndirilən şəxs izləri örtmək üçün cəsədi öz evinin həyətində basdırıb”,
– DİN-in bəyanatında deyilir.

Daxili İşlər Nazirliyinin bəyanatına görə, qətlə yetirilən şəxsin cəsədi təqsirləndirilən şəxsin evinin həyətində istintaq eksperimenti nəticəsində tapılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə istintaq aparılır. Törədilmiş cinayətə görə 10 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google