Marneuli bələdiyyəsinin meri Daur İsmayılov Bidzina İvanişviliyə
ünvanlandığı doğum günü təbrikini yayımlayıb.
O yazır ki, İvanişvilinin ölkənin dinc inkişafı və dövlətçiliyin
möhkəmlənməsi işində xüsusi rolu var.
“Cənab Bidzina İvanişvilini doğum günü münasibətilə təbrik
edirəm! O, ölkənin dinc inkişafı və dövlətçiliyin möhkəmlənməsi
işində xüsusi əhəmiyyət kəsb edən liderdir. Onun təşəbbüsü və
dəstəyi ilə həyata keçirilən sosial, təhsil və mədəniyyət
layihələri ölkə üçün mühüm resurs təşkil edir və ictimai rifahın
artmasına kömək edir. Ona Gürcüstanın rifahı naminə cansağlığı və
uğurlar arzulayıram.”
Qeyd olunan paylaşımı Marneuli Meriyası və Bələdiyyə Məclisinin bir
çox əməkdaşı bəyənir, şərh yazır və paylaşır. Təbrik gürcü və
Azərbaycan dillərində dərc olunub.