Dövlət qurumları və bəzi özəl subyektlər veb-saytlarını və mobil
tətbiqlərini əlilliyi olan şəxslər üçün əlçatan və adaptasiya
olunmuş vəziyyətə gətirməyə məcbur olacaqlar.
Belə bir öhdəlik 2027-ci ildən qüvvəyə minəcək.
Bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna
planlaşdırılan dəyişikliklərdə nəzərdə tutulub və qanun layihəsi
parlament tərəfindən birinci oxunuşda qəbul edilib.
Layihəni “Gürcü Arzusu” fraksiyasının deputatları
hazırlayıblar.
Layihəyə görə, qanunla birbaşa müəyyən edilir ki, inzibati orqanlar
və bəzi özəl hüquqi subyektlər veb-saytlarını və mobil tətbiqlərini
əlilliyi olan şəxslər üçün əlçatan etmək öhdəliyinə
malikdirlər.
Qanun layihəsi özəl subyektlərin siyahısını müəyyən edir və həmin
subyektlərin fəaliyyət göstərdiyi sahələri göstərir:
- təhsil
- səhiyyə
- sosial müdafiə
- nəqliyyat
- kommunal xidmətlər
- bankçılıq
- poçt xidməti
- sığorta
- həmçinin əczaçılıq və ərzaq satışı sahələri
Layihəyə görə, bu öhdəlik veb-saytlar və mobil tətbiqlər vasitəsilə
“üçüncü şəxslər tərəfindən təqdim olunan və geniş kütləyə yönəlmiş
müqavilə təkliflərinin (oferta dəvəti) toplanması və yayılması”
fəaliyyəti ilə məşğul olan şəxslərə də şamil olunur.
Təşəbbüskarların izahına görə, bu kateqoriyaya yerli bazarda misal
olaraq Biletebi.ge, tkt.ge, Jobs.Ge, myhome.ge veb-saytları
daxildir.
Layihəyə görə, veb-sayt və mobil tətbiq öhdəliyi aşağıdakı şəxslərə
şamil edilmir:
audiovizual media xidməti təminatçıları və yayımın tranziti üzrə
səlahiyyətli şəxslər
2027-ci il yanvarın 1-dək yayımlanmış və məzmunu dəyişməyən
(arxivləşdirilmiş) veb-sayt və mobil tətbiqlər
Hökumət texniki reglamentlə veb-sayt və mobil tətbiq üçün
əlçatanlıq standartını müəyyən edəcək. Həmçinin, hökumət müəyyən
edəcək ki, hansı materiallara bu reglament tətbiq edilməyəcək.
Layihənin müəllifi İnsan Hüquqları üzrə Komitənin sədri Rati
Ionatamişvilidir.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.