Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə,
Laqodexi merinin Qabal kəndindəki nümayəndəsi rüşvət alma ittihamı
ilə həbs edilib.
DTX-nin bəyanatına görə, merin nümayəndəsi vətəndaşı rüşvət
müqabilində məhkəmə tərəfindən təyin edilmiş cəzadan
yayındırıb.
"Laqodexi hadisəsində merin Qabal kəndindəki
nümayəndəsi vətəndaşı rüşvət müqabilində məhkəmə tərəfindən təyin
edilmiş ictimai iş cəzasından yayındırıb", – DTX-nin
məlumatında deyilir.
Laqodexi merinin Qabal kəndindəki nümayəndəsi
Ramiz Əmirovdur.
"Marneuli" radiosunun məlumatına görə, o, dünən, 18 fevral
tarixində, axşam saatlarında həbs edilib.
Rüşvətxorluq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinə əsasən
cəzalandırılan cinayətdir və həmin maddə 6 ildən 9 ilə qədər həbs
cəzasını nəzərdə tutur.
Bu gün, 19 fevral tarixində Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı
məlumata görə, Gürcüstan miqyasında 13 müxtəlif cinayət işi üzrə 29
nəfər həbs olunub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.