4 ayda 2891 qayda pozuntusu: Emissiya normalarını ən çox kimlər pozur?

2026-cı il aprelin 1-dən 30-dək olan müddət ərzində Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin

Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları dörd şəhərdə avtonəqliyyat vasitələrinin emissiya dumanının müəyyən edilmiş normalara uyğun gəlməməsi ilə bağlı 665 fakt aşkar ediblər. Bu barədə məlumatı Ətraf Mühitə Nəzarət Departamenti yayıb.

Konkret olaraq, qayda pozuntuları aşağıdakı şəhərlərdə qeydə alınıb:

  • Tbilisidə
    - 369;
  • Batumidə - 126;
  • Kutaisidə - 106;
  • Rustavidə - 64.

Həmçinin Departamentin məlumatına görə, 592 hüquqpozuntusu fiziki şəxslər tərəfindən törədilib, 73 halda isə departament əməkdaşları hüquqi şəxsləri cərimələyiblər.

Qeyd olunmalıdır ki, qayda pozuntularının 421-i minik avtomobilləri, 226-sı mikroavtobus, 18-i isə yük avtomobillərinin sürücüləri/sahibləri tərəfindən törədilib.

“Atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması və nəqliyyat sektorundan qaynaqlanan çirklənmənin minimuma endirilməsi məqsədilə Departamentin müfəttişləri ölkənin dörd şəhərində yollarda hərəkət edən nəqliyyat vasitələrinin egzoz dumanına hər gün nəzarət edirlər. Nəzarət tədbirləri başlayandan bu günə qədər ekipajların sayı artırılıb, hibrid avtomobillər alınıb. Ekipajlar müvafiq ölçü cihazları ilə təchiz olunub.

Müntəzəm olaraq əməkdaşların yenidən hazırlanması (təlimlər) həyata keçirilir. Departament əməkdaşları artıq daha çox lokasidə, daha çox nəqliyyat vasitəsini yoxlamaq imkanına malikdirlər.

Nəticədə nəzarət daha miqyaslı və səmərəli xarakter alıb – cari ilin ilk dörd ayında Departament əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin emissiya normalarına uyğun gəlməməsi ilə bağlı cəmi 2891 fakt aşkar edilib”, -
departamentin yayımladığı məlumatda deyilir. 

 

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google