4 ay ərzində Tbilisidə ətraf mühitin çirkləndirilməsinə görə 1,186 milyon lari məbləğində cərimə yazılıb

Tbilisi Bələdiyyə Müfəttişliyinin məlumatına görə, cari ilin yanvar-aprel aylarında paytaxtda ətraf mühitin tullantılarla çirkləndirilməsinə görə 1,186 milyon lari məbləğində cərimə yazılıb.



Bələdiyyə Müfəttişliyindən bildirilib ki, 2026-cı ilin ilk dörd ayında 364 hüquqpozuntusu faktı aşkar edilib və bu hallar üzrə tətbiq edilən maliyyə sanksiyalarının ümumi məbləği 1 186 340 lari təşkil edib.

„Tbilisi Bələdiyyə Müfəttişliyi ətraf mühitin tullantılarla
çirkləndirilməsinə qarşı intensiv monitorinqlər həyata keçirir. Məişət və tikinti tullantıları ilə ərazinin zibillənməsi faktları cərimələnir və qanun pozucularına ərazinin təmizlənməsi barədə göstəriş verilir. Tikinti və ya məişət tullantılarının ətrafa atılması faktı ilə rastlaşdıqda, 2 72 22 22 nömrəli qaynar xəttə məlumat verə bilərsiniz“, -
məlumatda deyilir.

Məlumat üçün bildirək ki, məişət tullantıları ilə ətraf mühitin çirkləndirilməsinə görə cərimələr tullantının növündən, miqdarından və hüquqpozmanın fiziki yaxud hüquqi şəxs tərəfindən törədilməsindən asılı olaraq 80 laridən 6000 lariyə qədər dəyişir.

Tullantıların İdarə Edilməsi Məcəlləsinin 31-ci maddəsinə əsasən, 2 kq-a qədər məişət tullantısı ilə ətrafın çirkləndirilməsinə görə cərimə 80 laridən başlayır. Hüquqi şəxs tərəfindən böyük həcmli tullantıların (əgər tullantı 2 kvadratmetrdən çox sahəni əhatə edirsə) atılması isə 6000 lari məbləğində cərimə ilə nəticələnir.

 

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google