Kvemo Kartlidə 5 000-dən çox ailə dövlət məşğulluq proqramından yararlanıb

2025-ci ildə “Məşğulluğun təşviqi üzrə dövlət proqramı” çərçivəsində Əmək Bazarı İdarəetmə İnformasiya Sistemində 13 489 işaxtaran qeydiyyatdan keçib.


Bu barədə məşğulluq siyasətinin planlaşdırılması və həyata keçirilməsi üzrə 2025-ci il hesabatında qeyd olunur.

Hesabata əsasən, il ərzində bazada qeydiyyatdan keçən işaxtaranların sayı 59% artıb. Konkret olaraq, 2024-cü ildə sistemdə 8 484 nəfər qeydiyyatda idi.

Sənəddə bildirilir ki, ötən il qeydiyyatdan keçən işaxtaranların 9 420-si qadın, 3 706-sı isə gənc olub.

Regionlar üzrə bölgüyə nəzər saldıqda, ən çox işaxtaran Sameqrelo–Zemo Svaneti və İmereti regionlarında qeydə alınıb.

Hesabatda həmçinin “İctimai işlərdə məşğulluğun təşviqi” altproqramı barədə də məlumat verilir. Bu altproqram çərçivəsində iştirakçılara 4 il ərzində yaşayış müavininin (yenidən qiymətləndirilmədən) xüsusi şərtlərlə davam etdirilməsi üçün 3 alternativ yol təklif olunurdu.

2025-ci ilin məlumatlarına əsasən, sözügedən proqram 54 842 ailəyə və 244 895 nəfərə şamil edilib.

(Qeyd: Əgər ailədən bir nəfər belə proqramda iştirak edirdisə, xüsusi şərtlər avtomatik olaraq həmin ailənin bütün üzvlərinə tətbiq olunurdu.)
Regionlar üzrə bölgü belədir:

• Tbilisi – 9 466 ailə, 39 924 nəfər
• Quriya – 2 652 ailə, 12 334 nəfər
• Raça-Leçxumi və Kvemo Svaneti – 2 052 ailə, 6 925 nəfər
• Kaxeti – 5 317 ailə, 24 273 nəfər
• İmereti – 7 999 ailə, 36 055 nəfər
• Mtsxeta-Mtianeti – 2 148 ailə, 9 232 nəfər
• Sameqrelo–Zemo Svaneti – 8 660 ailə, 37 153 nəfər
• Samtsxe-Cavaxeti – 1 818 ailə, 8 753 nəfər
• Kvemo Kartli – 5 314 ailə, 23 857 nəfər
• Şida Kartli – 3 177 ailə, 14 961 nəfər
• Acarıstan Muxtar Respublikası – 6 239 ailə, 31 418 nəfər

Qeyd olunub
ki, proqram çərçivəsində ümumilikdə sosial cəhətdən həssasların vahid bazasında qeydiyyatda olan 28 686 nəfərlə ictimai işlərə dair əmək müqaviləsi bağlanıb. Onların 16 194-ü qadın, 2 191-i isə gənc olub.

“Hesabatın məlumatları göstərir ki, sosial cəhətdən həssas şəxslərin ümumi sayından 2025-ci ildə “ictimai işlərdə məşğulluğun təşviqi” altproqramına nisbətən ən çox qadınlar (56,5%) cəlb olunublar və üstünlük təşkil ediblər. Gənclərin payı isə nisbətən aşağı olub (7,6%),” – deyə hesabatda bildirilir.

Məlumat üçün, sosial cəhətdən həssas şəxslər üçün nəzərdə tutulmuş ictimai işlərdə məşğulluq proqramı – hansı ki, iştirakçılar dövlət tərəfindən əlavə olaraq 300 lari alırdılar – cari il, yəni 2026-cı ildən etibarən dayandırılıb. Proqram üçün ayrılmış vəsait 91 milyon lari azaldılıb və yekunda bütövlükdə 21,6 milyon lari məbləğində təsdiqlənib. Hakimiyyətin arqumentinə görə, proqramın dayandırılmasının əsas səbəbi əmək bazarında mövcud olan işçi qüvvəsi çatışmazlığıdır.

Xatırladaq ki, dövlət məşğulluq proqramı 2022-ci ilin martından fəaliyyətə başlayıb. Sosial cəhətdən həssas vətəndaşlara 4 il ərzində müavinəti itirmədən dövlət qurumlarında iş təklif olunurdu. Belə iş yerlərində əməkhaqqı 300 lari təşkil edirdi.

 

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google