Paytaxtda etnik azlıqlardan olan tələbələrin sosiallaşma problemləri
“Tədqiqat akademik heyətin bir hissəsinin multikultural qruplarla işləmək bacarığında defisiti üzə çıxarır. Bu, aqressiyalarda, qeyri-etik və birbaşa seqreqasiya bəyanatlarında ifadə olunur”, – etnik azlıq tələbələrinin akademik və sosial inteqrasiyası üzrə tədqiqatda qeyd olunub. Tədqiqata görə, etnik azlıqların nümayəndəsi olan tələbələrin seqreqasiyasına dövlət faktorları da kömək edir. Bunlara ali təhsil müəssisələrində peşə etikasının pozulması, gender əlamətinə görə bölünmə
və gündəlik həyatda dil stiqmatizasiyası daxildir.

Tədqiqatın iştirakçısı olan tələbələr bildirirlər ki, müəyyən hallarda onların akademik imkanları gender əlamətinə görə məhdudlaşdırılır. Bu, mübadilə proqramlarında onların namizədliyinin daha az nəzərdən keçirilməsində ifadə olunur. Bu isə administrasiyanın stereotipik gözləntisinə əsaslanır ki, konkret regionlardan olan qadın tələbələr təhsili ailə qurmaq səbəbilə dayandıracaqlar.

Regionlardan Tbilisiyə təhsil almağa gələn tələbələr ictimai nəqliyyatda da müəyyən problemlərlə qarşılaşırlar. Onların sözlərinə görə, ictimai yerlərdə və nəqliyyatda Azərbaycan, erməni və ya digər dillərdə danışdıqları üçün bəzən tənqid və iradlarla üzləşirlər.

“Avtobusda ermənicə danışırdıq, dedilər ki, niyə? Gürcüstanda yaşayırıq, gürcü dilində danışmaq lazımdır”,
– dövlət universitetinin erməni əsilli tələbəsi bildirib.

Araşdırmada bir müəllimin müşahidəsinə görə, dərslərdə qrup işləri zamanı tələbələr qrupları özləri formalaşdırırlar və bu da çox vaxt etnik əsaslı qruplaşmaya səbəb olur. Nəticədə gürcüdilli tələbələrlə ünsiyyət azalır.

“Daha çox öz dillərində danışanlarla ünsiyyətdə olurlar… yəqin ki, onlarla ünsiyyət onlar üçün daha rahatdır”,
– tədqiqatda iştirak edən bir gürcü tələbə xanım belə deyir.
Araşdırmanın nəticələrinə görə, etnik gürcü tələbələr sosiallaşma prosesində etnik azlıqlara nisbətən daha aktiv iştirak edirlər.

“Fasilələrdə gürcü tələbələr daha aktiv olurlar, aşağı düşüb kofe içirlər, ünsiyyət qururlar. Etnik azlıqlar isə daha çox auditoriyada qalır, gözləyirlər”,
– özəl universitetin mühazirəçisi qeyd edir.

Tədqiqat “Gürcüstan Universiteti”nin Gənclər və Sosial Araşdırmalar Mərkəzi və V-Dem Qafqaz Regional Mərkəzi tərəfindən hazırlanıb. Araşdırma 2025-ci ilin noyabrında aparılıb. Tədqiqatın müəllifləri Nino Mjavanadze, Kartlos Karumidze və Revaz Çarkvianidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər