Marneuli yerli özünüidarəsi meriyanın və Bələdiyyə Məclisinin
əməkdaşlarının peşəkar inkişafı məqsədilə təlim xidmətlərinin satın
alınması üçün bazar araşdırması aparır.
Bələdiyyə məclisinin əməkdaşları üçün planlaşdırılan təlimlər
əsasən insan resurslarının idarə edilməsi istiqamətlərini əhatə
edir.
Məlumata görə, 4 nəfər üçün insan resurslarının idarə edilməsi
strategiyası və fərdi idarəetmə siyasəti üzrə təlimlər keçiriləcək.
Eyni zamanda 10 əməkdaş işlərin analizi və
vəzifə təsvirlərinin
hazırlanması mövzusunda təlim alacaq. Digər 10 əməkdaş isə
işçilərin qiymətləndirilməsi metodları və prosedurları üzrə
hazırlanacaq. İşəgötürmə və müsahibə texnikaları üzrə təlimlərə də
10 nəfər cəlb olunacaq.
Meriya əməkdaşları üçün proqram daha geniş sahələri əhatə edir.
İnsan resurslarının idarə olunması strategiyası, kadr siyasəti və
işlərin analizi mövzularında 5 nəfər təlim keçəcək. İşçilərin
qiymətləndirilməsi üzrə kurslarda 30 əməkdaş, işəgötürmə və
müsahibə bacarıqları üzrə isə 12 əməkdaş iştirak edəcək.
Bundan əlavə, meriyada xüsusi ixtisaslaşmış təlimlərin keçirilməsi
də planlaşdırılır. Tikinti hüquq pozuntuları üzrə inzibati icraat,
tikintiyə nəzarət, icra məsələləri və cərimələrin hesablanması
qaydaları üzrə 13 nəfər təlim alacaq. Memarlıq layihələrinin idarə
olunması və ictimai nəzarət sahəsində 10 əməkdaş iştirak
edəcək.
İnfrastruktur sahəsində çalışan əməkdaşlar isə tikinti işləri və
yol tikintisində innovativ texnologiyalar, infrastruktur
layihələrinin idarə olunması və texniki nəzarət üzrə təlimlərə
qatılacaqlar. Bu proqramda 8 nəfər iştirak edəcək. Həmçinin
infrastruktur layihələri ilə bağlı məlumatlarının emalı,
sənədləşdirilməsi və hesabatlılıq mövzusunda 3 əməkdaş üçün təlim
keçiriləcək.
Sənədə əsasən, bütün təlimlərin Marneuli meriyasının binasında
keçirilməsi nəzərdə tutulur.
Bazar araşdırmasında iştirak etmək istəyən şəxslər və təşkilatlar
27–28 may tarixlərində təkliflərini təqdim edə biləcəklər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.