Son 17 ildə Marneulidə ən az uşaq doğulub
2025-ci il ərzində Marneuli bələdiyyəsində 1 401 uşaq dünyaya gəlib. Bu, son 17 il ərzində doğumun ən aşağı göstəricisidir. Gürcüstan Milli Statistika Xidmətinin məlumatına əsasən, 2008–2014-cü illərdə Marneulidə doğum sayında illik artım müşahidə olunub. Ən yüksək göstərici 2014-cü ildə qeydə alınıb. Həmin il 1 994 uşaq doğulub. Bundan sonra isə doğum sayı hər il tədricən azalmağa
başlayıb.

2025-ci ildə Gürcüstan üzrə ümumilikdə 37 867 uşaq doğulub. Onlardan ən çoxu Tbilisidə qeydə alınıb. Tbilisidə 14 334 uşaq anadan olub. Sonrakı yerlərdə Batumi (2 630), Kutaisi (1 466), Marneuli (1 401), Qori (1 100) və Qardabani (1 057) gəlir.

Kvemo Kartli regionunda ümumilikdə 4 431 uşaq doğulub. Onlardan 2 370-i oğlan, 2 061-i isə qızdır. Qeyd olunur ki, regionlar arasında ən çox doğum Acarıstanda qeydə alınıb. Orada 4 551 uşaq dünyaya gəlib. İkinci yerdə Kvemo Kartli (4 431), üçüncü yerdə isə İmereti (4 275) qərarlaşıb.

2025-ci ildə doğulan uşaqların regionlar üzrə göstəricisi belədir:
  • Acarıstan – 4 551
  • Quriya – 807
  • İmereti – 4 275
  • Kaxeti – 2 610
  • Msxeta-Mtianeti – 743
  • Raça-Leçxumi və Kvemo Svaneti – 191
  • Sameqrelo-Zemo Svaneti – 2 178
  • Samtsxe-Cavaxeti – 1 509
  • Kvemo Kartli – 4 431
  • Şida Kartli – 2 238

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google