25 may tarixində Tbilisidə 28 May – Azərbaycanın Müstəqillik Gününə
həsr olunmuş tədbir keçirildi.
Tədbir Azərbaycanın və Gürcüstanın dövlət himnlərinin
səsləndirilməsi ilə başladı.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan
parlamentinin sədri Şalva Papuaşvili, parlament üzvləri, hökumət
nümayəndələri, diplomatik korpusun təmsilçiləri və ictimaiyyət
nümayəndələri iştirak edirdilər.
Daha sonra Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasına həsr
olunmuş videoçarx nümayiş
etdirildi.
Tədbirdə çıxışı zamanı səfir Faiq Quliyev bildirdi ki, Azərbaycan
xalqı tarix boyu müxtəlif çətinliklərlə üzləşsə də, müstəqillik
arzusu heç vaxt sönməyib. O, vurğuladı ki, Azərbaycan müsəlman
dünyasında ilk demokratik respublikanın qurucusu olub və müasir
Azərbaycan dövləti həmin tarixi mübarizənin nəticəsidir.
Səfir həmçinin qeyd etdi ki, Azərbaycan və Gürcüstan
dövlətçiliyinin yolları məhz Tbilisidə kəsişib və bu tarixi bağlar
bu gün də iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol
oynayır.
Faiq Quliyev Bakı–Tbilisi–Bakı sərnişin qatarının fəaliyyətinin
bərpa olunmasına da toxundu. Onun sözlərinə görə, ilk qatar mayın
25-də Bakıdan yola düşərək Gürcüstanın Müstəqillik Günündə
Tbilisiyə çatacaq. O qeyd edib ki, bu qərar xüsusi simvolik
əhəmiyyət daşıyır.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili isə çıxışında
Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etdi. O,
Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və qardaşlıq
münasibətlərinin uzun illərdir uğurla inkişaf etdiyini
vurğuladı.
Tədbir konsert proqramı ilə davam etdi. Azərbaycanın Əməkdar
artisti Təyyar Bayramovun ansamblı, “Ranina” vokal müsabiqəsinin
iştirakçıları və rəqs kollektivləri çıxış etdilər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.