Səhiyyə nazirinin müavini İrina Tsaqadze bildirib ki, sosial
cəhətdən həssas ailələr gələn ildən yeni metodologiya ilə yenidən
yoxlanılacaq.
O, jurnalistlərə deyib ki, bu mərhələdə 32 min ailə yoxlanılıb və
onların yarısının, yaxud “bir qədər az hissəsinin” yaşayış
müavinəti dayandırılıb.
“Bütün göstəricilər göstərir ki, bu ailələrin müəyyən
hissəsi, xoşbəxtlikdən, yoxsulluğu arxada qoyub. Bir qismi
yoxsulluqdan çıxıb və hazırda artıq ilkin olaraq bazaya daxil
edilmələrinə əsas verən meyarlara uyğun gəlmir. Bu o deməkdir ki,
onlar artıq yoxsulluq həddindən aşağı yaşamırlar”, — deyə
o bildirib. Onun sözlərinə görə, yenidən yoxlama prosesi 20
fevraldan başlayıb.
Nazir müavini qeyd edib ki, sosial müdafiəyə ehtiyacı olan
şəxslərin bazasında 158 min ailə, ümumilikdə isə 700 min nəfər var
idi. Gürcüstan hökumətinin 7 may tarixli qərarına əsasən, üzv
başına hesablandıqda aylıq gəliri 1250 lari və ya daha çox olan
ailələr artıq sosial yardım almayacaqlar.
“Biz deyirik ki, əgər ailənin hər bir üzvünün aylıq gəliri,
məsələn, son 3 ay ərzində 1250 laridən çox olubsa, bu o deməkdir
ki, sosial agent ailəyə gəlib tam yoxlama aparsaydı, çox böyük
ehtimalla həmin ailəyə verilən yaşayış müavinəti onsuz da
dayandırılacaqdı”, — deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, əgər ailələr bu qərarla razılaşmasalar,
onların şikayət vermək hüququ var.
Statusların yenidən nəzərdən keçirilməsi
Sosial yardım alanların siyahısının yenidən nəzərdən keçirilməsinin
vacibliyi barədə “Gürcü Arzusu” hökumətinin başçısı İrakli
Kobaxidze hələ ötən ilin noyabrında danışmışdı. O bildirmişdi ki,
“son 4 il ərzində yoxsulluq göstəricisi iki dəfə azalıb”.
“İlk dəfədir ki, sosial yardım alan insanların sayı yoxsulluq
həddindən aşağı yaşayan insanların sayından çoxdur.
Yəni, yoxsullardan daha çox insan sosial yardım alır. Bu, Gürcüstan
tarixində 1990-cı illərdən bəri ilk dəfə baş verir”, — deyə o həmin
vaxt bildirib.
O, bu məsələni parlamentdə interpellasiya qaydasında çıxışı zamanı
da gündəmə gətirib.
“Yardım alanların 8%-i təkcə yoxsulluq səviyyəsindən daha
yaxşı durumda deyil, hətta imkanlı insanlardır... Açığını deyim ki,
mən bu siyahının yalnız 8% yox, daha çox azaldılmasını
alqışlayaram. Bunun əvəzində isə həqiqətən yardıma ehtiyacı olan
insanların maliyyələşdirilməsinin artırılmasını
dəstəkləyirəm”, — deyə Kobaxidze bildirib.
Qeyri-hökumət təşkilatı “Sosial Ədalət Mərkəzi” özünün son
araşdırmalarından birində qeyd edir ki, “Gürcüstanda yoxsul
insanların təcrübəsi göstərir ki, sosial yardım sistemi yalnız
maliyyə dəstəyi demək deyil. Bu sistem vasitəsilə dövlət insanların
gündəlik həyatına nəzarət edir, onların bədənlərini və
davranışlarını qeydiyyata alır və itaətkar vətəndaş
formalaşdırır.”
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415