Marneuli meriyası 26 may üçün qoç və musiqiçi xidmətinə 1 425 lari ödəyib

Marneuli meriyası Müstəqillik Günü tədbirləri üçün sadələşdirilmiş qaydada qoç, musiqiçi xidməti, kuboklar, medallar və fəxri fərmanlar satın alıb.


"Qeyd edək ki, bu il 26 may tarixində Müstəqillik Günü ilə əlaqədar ənənəvi olaraq təntənəli tədbir keçirilir. Cari ilin tədbirləri çərçivəsində idman yarışmaları – güləş, qol güləşi və oxatma planlaşdırılıb. İdman yarışlarının tam şəkildə keçirilməsi üçün musiqiçilərin (zurna,
qarmon və nağara) xidmətinin satın alınması, bir baş qoçun, 15 ədəd idman kuboku, 65 ədəd medal və 70 ədəd fəxri fərmanın alınmasına ehtiyac var", –
sadələşdirilmiş satınalma xidməti izahatnaməsində belə yazılıb.

Marneuli bələdiyyəsi qoçu fərdi sahibkar Cəmil Xasmamədovdan 675 lariyə satın alıb. Müstəqillik Günündə güləş yarışmasında Nikoloz Xundzaqişvili qalib gəlib. Qoç məhz ona təqdim edilib.

Bələdiyyə fərdi sahibkar Mamuka Mezurnişvili ilə idman tədbirində musiqiçilərin xidməti üçün müqavilə bağlayıb. Zurna, nağara və qarmon çalan üç musiqiçiyə 750 lari ödənilib.

Yerli özünüidarəetmə orqanı həmçinin sadələşdirilmiş qaydada idman tədbirləri üçün lazım olan 15 kubok, 65 medal və 70 fəxri fərman satın alıb. Kuboklar və fəxri fərmanlar "Vindlayf" MMC-dən 1 200 lariyə alınıb.

Bu gün, 26 mayda, Gürcüstanın digər şəhərləri kimi, Marneulidə də Müstəqillik Günü tədbirləri keçirilir.


 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.






 

Print Email
FaceBook Twitter Google