"Mamedqaz" Qızılhacılı əhalisindən müəyyən edilmiş tarifdən artıq ödəniş tələb edir – “Semek”

9 iyun tarixindən Marneuli bələdiyyəsinin Qızılhacılı kəndinə qazın verilməsi dayandırılıb.


Əhaliyə iki gündür təbii qaz verilmir. Qızılhacılı kəndini qazla təmin edən şirkət “Mamedqaz” MMC-dir. “Marneuli” radiosuna şirkətin rəhbəri Nəriman Allahverdiyevin verdiyi məlumata görə, əhaliyə qazın verilməsinin dayandırılmasına səbəb onun təbii qazı satın aldığı “SOCAR Georgia Gas” şirkəti ilə arasında yaranan fikir ayrılığıdır.

“Dünən saat 11-dən qazı
dayandırıblar. Mən müqavilə əsasında təyin olunan məbləği ödəmişəm. 5 aydan sonra mənə faktura göndərirlər ki, qiymət artıb. Ödədiyimin üstünə əlavə pul gəlib. Mən də ondan imtina edib vermirəm, səbəb budur. Mənim onlarla müqaviləm var, onu ödəmişəm. Onlar 5 ayın pulunu yazıblar, mən də vermişəm. Təzədən yenə o ödənişin üstünə pul artırıb mənə göndəriblər. İndi də yanvardan ödənişə yenə 50 lari əlavə ediblər. 300 lari idi, indi olub 350 lari. Həmin 50 lari artırdıqlarını yenə vermirəm. Qalanını mən vermişəm. Ona görə də bunlar qazı kəsir. İxtiyarları yoxdur bunu etməyə. Burada xəstəxana var, çörəkçi var. Hamısı bizim qaz xəttindən istifadə edir. Sosial qaza heç kimin ixtiyarı yoxdur qiymət artırsın. Hökumət bizə ucuz qiymətə verir, biz də ucuz qiymətə satırıq. Qiyməti artıran SOCAR-dır, SEMEK (Gürcüstan Milli Energetika və Su Təchizatı Tənzimləmə Komissiyası) də buna göz yumur. Hər yerdən onlara zəng edirlər, açmalıdırlar”,
– Nəriman Allahverdiyev dedi.

Məsələyə aydınlıq gətirmək üçün “Marneuli” radiosu Gürcüstan Milli Energetika və Su Təchizatı Tənzimləmə Komissiyası (SEMEK) ilə əlaqə saxladı. Komissiyadan bildirdilər ki, Qızılhacılı kəndində əhaliyə təbii qazın verilməsinin dayandırılması faktı ilə bağlı araşdırma aparılır.

Komissiyanın bəyanatına görə, “Mamedqaz” MMC istehlakçılardan SEMEK tərəfindən müəyyən edilmiş 47 tetrilik tarifdən daha çox – 57 tetri tələb edir, bu səbəbdən də şirkətin fəaliyyəti ilə bağlı müvafiq istintaq orqanları tərəfindən tədqiqat aparılır.

“Gürcüstan Milli Energetika və Su Təchizatı Tənzimləmə Komissiyası (SEMEK) Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində təbii qazın verilməsinin dayandırılması faktına reaksiya verir. Əhaliyə təbii qazın verilməsinin ən qısa zamanda bərpa olunmasını təmin etmək məqsədilə SEMEK-də sözügedən məsələnin araşdırılması davam edir. Təbii qaz paylayıcı şirkət olan “Mamed” MMC-nin lisenziya sahəsində (Qızılhacılı kəndi) məişət istehlakçıları üçün SEMEK tərəfindən 47 tetrilik tarif (ƏDV daxil olmaqla) müəyyən edilib. Sözügedən tarif sosial qazın dəyərini (ƏDV daxil olmaqla 36.7 tetri), həmçinin qanunvericiliklə nəzərdə tutulmuş təbii qaz təchizatının təmin edilməsi üçün bütün zəruri xərcləri tamamilə əhatə edir. Qüvvədə olan istehlak tarifində sosial qazın dəyəri tam əks olunub, lakin “Mamed” MMC sosial qazın alış qiyməti ilə razılaşmır, yığılmış borcu ödəmir və bu da “Mamed” MMC-yə təbii qazın verilməsinin dayandırılmasına səbəb olub. Bundan əlavə, diqqətəlayiqdir ki, “Mamed” MMC istehlakçılara özbaşına olaraq SEMEK tərəfindən müəyyən edilmiş tarifdən daha baha tariflə (ƏDV daxil olmaqla 57 tetri) hesablayır, bununla bağlı müvafiq istintaq orqanları tərəfindən araşdırma aparılır”, – komissiyadan bildirildi.

“Marneuli” radiosu təfərrüatları istintaq orqanlarından da öyrənməyə çalışır.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google