Gürcüstanda dabaq xəstəliyinin qarşısının alınması məqsədilə
transsərhəd regional simulyasiya təlimi keçirilir.
Təlimin birinci mərhələsi Ətraf Mühitin Mühafizəsi və Kənd
Təsərrüfatı nazirinin müavini, Gürcüstanın baş baytarlıq müfəttişi
Laşa Avalianinin rəhbərliyi ilə təşkil olunub.
Milli Qida Agentliyinin baytar həkimləri qonşu ölkələrin baytarlıq
xidmətlərinin və beynəlxalq təşkilatların nümayəndələri ilə
birlikdə fövqəladə hallar zamanı tətbiq olunan protokolları və
ölkələr arasında əlaqələndirilmiş
reaksiya mexanizmlərini müzakirə
edirlər.
Təlimin ikinci mərhələsi sahə tədbirlərini əhatə edir və eyni
vaxtda Gürcüstan və Ermənistanda keçirilir. Marneuli bələdiyyəsində
gürcü və xarici baytar mütəxəssislərdən ibarət qrup fermalardan
birində simulyasiya təlimi aparır. Təlim çərçivəsində heyvanların
klinik müayinəsi, nümunələrin götürülməsi və epidemioloji
araşdırmalar həyata keçirilir. Xüsusi diqqət isə biotəhlükəsizlik
qaydalarına əməl olunmasına yönəldilir.
Mütəxəssislərin sözlərinə görə, dabaq cütdırnaqlı heyvanların virus
mənşəli, hava-damcı yolu ilə yayılan yoluxucu xəstəliyidir. Lazımi
tədbirlər görülmədiyi təqdirdə, xəstəliyin yayılması mal-qaranın
kütləvi yoluxmasına və heyvandarlıq sektorunda ciddi iqtisadi
zərərlərə səbəb ola bilər.
Mövcud risklər, o cümlədən qonşu ölkələrdə xəstəlik hallarının
qeydə alınması, heyvanların köçəri üsulla saxlanılması, mal-qara
köçürmə marşrutlarının və heyvan bazarlarının mövcudluğu nəzərə
alınaraq, dabağa qarşı pulsuz vaksinasiya Şərqi Gürcüstanın bütün
regionlarında, eləcə də Samtsxe-Cavaxeti və Acarıstan Muxtar
Respublikasında kütləvi şəkildə aparılır.
Qərbi Gürcüstanda – İmereti, Quriya və Sameqrelo –Yuxarı Svaneti
regionlarında isə vaksinasiya risk zonalarında olan mal-qara,
həmçinin Abxaziya Muxtar Respublikası və Samaçablo ilə sərhəd
kəndlərində yaşayan əhalinin heyvanları arasında həyata
keçirilir.
Milli Qida Agentliyinin məlumatına görə, iribuynuzlu və
xırdabuynuzlu heyvanların pulsuz vaksinasiyası ildə iki dəfə
aparılır. Bununla yanaşı, heyvanların hərəkətinə nəzarət edilir və
biotəhlükəsizlik məntəqələrində onların sağlamlıq vəziyyəti daimi
monitorinq altında saxlanılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.