Dmanisi bələdiyyəsinin Yırğançay kənd uşaq bağçasının su
təchizatını təmin etmək məqsədilə yerli özünüidarə tərəfindən
dövlət satınalması elan edilib.
Layihənin təxmini dəyəri 5 614 400 lari təşkil edir və 100% yerli
büdcə vəsaitləri hesabına maliyyələşdirilir.
Tender şərtlərinə əsasən, satınalmada iştirak edən iddiaçı şirkətin
faktiki olaraq analoji növ, xarakter, mürəkkəblik və məzmunda
yerinə yetirdiyi işlərin ümumi dəyəri
149 717 laridən az
olmamalıdır.
İşlərin həcmi və xərclərin smeta sənədlərinə görə, layihə bir neçə
əsas mərhələni əhatə edir:
Torpaq işləri: Xəndəyin qazılması və əllə işlənilməsi, boru
kəmərinin altından və üstündən qum qatının salınması, xəndəyin
ballastla doldurulması və artıq torpağın daşınması;
Su təchizatı şəbəkəsi: 700 metr uzunluğunda polietilen borunun (D75
mm) döşənməsi, müvafiq muftaların və dirsəklərin montajı,
siyirtmələrin və flansların quraşdırılması.
Elektrik təchizatı və texnoloji hissə: Xəndəyə 30 kVt gücündə mis
elektrik kabelinin çəkilməsi (700 metr), quyu nasosunun (10 kVt
gücündə, quru gedişdən mühafizə funksiyalı) və idarəetmə şkafının
montajı.
Tenderdə qalib olacaq şirkət işləri müqavilə imzalandıqdan sonra
müvafiq müddət ərzində, texniki tapşırığa və standartlara tam uyğun
olaraq yerinə yetirməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.