Kvemo Kartlidə saxta brend yuyucu tozların istehsalı faktı üzrə 2 nəfər saxlanılıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Kvemo Kartli Regional Prokurorluğu ilə koordinasiya şəkilində həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qabaqcadan razılaşdırılmış qrup tərəfindən külli miqdarda başqasının əmtəə nişanından qanunsuz istifadə etmə faktı üzrə Türkiyə Respublikası vətəndaşı olan iki nəfəri saxlayıblar.

İstintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxslər qanunsuz maddi qazanc əldə etmək məqsədilə Kvemo Kartlidə kustar üsulla
istehsal sexi təşkil ediblər. Burada onlar sistemli şəkildə yuyucu tozlar hazırlayaraq “ABC”, “Ariel”, “Tide” və “Persil” kimi tanınmış brendlərin əmtəə nişanlarından qanunsuz istifadə etməklə satışını həyata keçiriblər.


Keçirilən istintaq tədbirləri nəticəsində satışa hazır vəziyyətdə olan 1 325 ədəd saxta markalı yuyucu toz maddi sübut kimi götürülüb.

Bundan əlavə, axtarışlar zamanı 5 818 boş qablaşdırma, 632 kisə keyfiyyətsiz yuyucu toz, 28 kisə duz, ətir və boya maddələri, eləcə də məhsulun istehsalı və qablaşdırılması üçün istifadə olunan texniki avadanlıqlar da aşkar edilərək götürülüb.

Qurumun məlumatına əsasən, hazırda cinayətə cəlb olunan digər şəxslərin müəyyən edilməsi və bu məhsulların satışa çıxarıldığı ticarət obyektlərinin aşkarlanması istiqamətində istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 196-cı maddəsinin 3-cü hissəsi üzrə istintaq aparılır. Həmin maddə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google