Marneuli meriyası 9 küçənin bərpası işlərinin satın alınması üçün 4
880 226 lari dəyərində tender elan edib.
Layihə Algeti, 9 Aprel, 9 Qardaş, Aslanov, Axundov, Beritaşvili,
Uiarağo, Qarqaraşvili və Candar küçələrinin bərpasını əhatə
edir.
“Tender sənədlərinə əsasən, layihəyə daxil edilən
yollar Marneuli bələdiyyəsinin yaşayış məntəqələrində, düzənlik
relyefdə yerləşir. Layihənin məqsədi mövcud yol infrastrukturunu
yaxşılaşdırmaq, hərəkət təhlükəsizliyini artırmaq və sakinlərin
rahat hərəkətini təmin etməkdir”, – tender sənədində
yazılıb.
Sənəddə vurğulanır ki, sözügedən yollar mühüm funksiyanı yerinə
yetirir. Belə ki, bu yollar vasitəsilə layihə ərazilərində yaşayan
əhali həm magistral yola, həm də ölkənin digər regionlarına çıxış
əldə edirlər.
“Hazırda yolların örtüyü çınqıllıdır, lakin onlar ciddi
şəkildə zədələnib və çuxurlarla doludur. Bu səbəbdən yolların tam
bərpası, texniki parametrlərinin yaxşılaşdırılması, yeni yol
örtüyünün çəkilməsi və müasir təhlükəsizlik elementləri ilə təchiz
edilməsi planlaşdırılır”, – tender sənədində qeyd
olunub.
Tender sənədlərinə əsasən, layihənin həyata keçirilməsi avtomobil
nəqliyyatının təhlükəsiz hərəkətinə və əhalinin sosial-iqtisadi
şəraitinin yaxşılaşmasına töhfə verəcək.
Tenderdə iştirak etmək istəyən şirkətlər müraciətlərini 12-17 iyun
tarixləri arasında təqdim edə biləcəklər. Qalib şirkət müqavilə
imzalandıqdan sonra işləri 180 təqvim günü ərzində başa
çatdırmalıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.