Marneuli meriyası “Marneuloba 2026” tədbirinə hazırlıqlara üç ay
əvvəl başlayıb və tədbirin təşkili üçün bazar araşdırması elan
edib.
Tender sənədlərində kulinariya guşələri üçün alınacaq məhsullara
xüsusi diqqət ayrılıb. Meriya məhz bu məhsullar vasitəsilə
bələdiyyənin etnik və kulinariya müxtəlifliyini nümayiş etdirməyi
planlaşdırır.
Alınacaq məhsullar siyahısına müxtəlif yeməklər və ərzaq məhsulları
daxil edilib. Bunlar arasında quzu əti, toyuq
əti, basdırma, lobya,
kəvər, paputsaki (yunan mətbəxinə aid yemək), fətir, cacıq, peta
salatı, pendir, tklapi (turşu lavaşı) və ekala (gicitkən növü) da
yer alıb.
Bazar araşdırması çərçivəsində əyləncə məkanlarının təşkili və çap
olunacaq banerlərin hazırlanması da nəzərdə tutulur. Banerlərdə
yunan guşəsi, erməni guşəsi, gürcü guşəsi, çörək və şərab guşəsi
təqdim edilməlidir.
Bazar araşdırmasında iştirak etmək istəyənlər 26-29 iyun
tarixlərində müraciət edə bilərlər.
Marneuli Bələdiyyəsi “Marneuloba” bayramını ilk dəfə 2023-cü ildə
qeyd etməyə başlayıb. Ötən il tədbirin keçirilməsi üçün yerli
büdcədən 198 788 lari ayrılmışdı.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.