Gürcüstan Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə
Komissiyasının (SEMEK) məlumatına görə,
“Mamedi” MMC-nin təbii qazın paylanması üzrə lisenziyasının ləğv
edilməsi məqsədilə ictimai inzibati icraata başlanılıb.
Komissiyanın bildirdiyinə görə, “Mamedi” MMC-nin lisenziya ərazisi
Marneuli bələdiyyəsinin Qızılacılı kəndini əhatə edir. SEMEK-in
açıqlamasına görə, lisenziyanın ləğvi əhalinin təbii qazla
təminatında hər hansı fasiləyə səbəb olmayacaq və istehlakçılar
qazı fasiləsiz
şəkildə almağa davam edəcəklər.
SEMEK-in məlumatına əsasən, lisenziyanın ləğvi şirkətin lisenziya
şərtlərini yerinə yetirməməsinə görə planlaşdırılır.
Belə ki, şirkət aldığı təbii qaza görə yığılıb qalmış borclarını
ödəməyib. Bu isə təbii qaz təchizatının dayandırılmasına səbəb
olub.
Bununla yanaşı, komissiyanın açıqlamasında qeyd olunur ki,
Qızılacılı kəndində məişət istehlakçıları üçün müəyyən edilmiş
tarif ƏDV daxil olmaqla 47 tetri olduğu halda, “Mamedi” MMC
istehlakçılardan özbaşına şəkildə 57 tetri tarif tətbiq edib. Həmin
faktla bağlı araşdırma müvafiq istintaq orqanları tərəfindən
aparılır.
SEMEK-in məlumatına görə, maraqlı tərəflər öz rəy və təkliflərini
24 iyul 2026-cı il tarixinədək təqdim edə bilərlər. Hüquqi aktın
qəbul edilməsi üçün son tarix isə 24 sentyabr 2026-cı il olaraq
müəyyən edilib.
Qızılacılı kəndinə təbii qazın verilməsi 9 iyun tarixindən
dayandırılmışdı. SEMEK-in müraciətindən sonra “SOCAR Gas
Export-Import” şirkəti kəndə qaz təchizatını bərpa edib. Komissiya
qazın dayandırılmasının səbəbi kimi “Mamedi” MMC-nin yığılıb qalmış
borclarını və qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri yerinə
yetirməməsini göstərib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.