Gürcüstanın Dövlət Satınalmaları Agentliyi saytında Təhsil
Nazirliyinin Çin şirkəti “Glory Textile Industry” ilə bağladığı
müqavilə dərc olunub.
Müqavilənin dəyəri 45,6 milyon lari təşkil edir və onun
çərçivəsində 25 avqustdan 30 noyabradək I-VI sinif şagirdləri üçün
məktəbli forması dəstləri satın alınacaq. Ümumilikdə, bu, 1,8
milyon ədəd məhsulu əhatə edir.
Texniki təsvirə əsasən, formaların tikiləcəyi parça əsasən sintetik
tərkibli
olacaq. Dəqiq olaraq, tərkibi belədir:
- Poliester – 72%;
- Viskoza – 25%;
- Elastan – 3%.
Qızlar üçün pencəyin tikilmə qiyməti 39,61 lari, oğlanlar üçün
pencəyin qiyməti 35,43 lari, qızlar üçün donun qiyməti 16,76 lari,
oğlanlar üçün şalvarın qiyməti 19,65 lari, qızlar üçün şalvarın
qiyməti isə həmçinin 19,65 lari göstərilib.
Məktəbli forması dəstinə:
- oğlanlar üçün – bir pencək və iki şalvar daxildir
(ümumi qiyməti 74,73 lari);
- qızlar üçün – bir pencək, bir şalvar və bir don
daxildir (ümumi qiyməti 76,02 lari).
Texniki təsvirə görə, formalar 40 dərəcə temperaturda yuyulmaq üçün
nəzərdə tutulub.
Məhsulların təchizatı üç mərhələdə həyata keçiriləcək:
- I mərhələ – 301 000 ədəd, 25 avqust 2026-cı il
tarixinədək;
- II mərhələ – 600 000 ədəd, 15 oktyabr 2026-cı il
tarixinədək;
- III mərhələ – 900 000 ədəd, 30 noyabr 2026-cı il
tarixinədək.
Şirkətlə müqavilə tender keçirilmədən, birbaşa danışıqlar yolu ilə
bağlanıb. Çin şirkəti Gürcüstanda məhdud məsuliyyətli cəmiyyətini
2026-cı ilin mart ayında təsis edib.
Müqaviləyə əsasən, məktəb formalarını Çin şirkəti Jiangsu SUMEC
ETON KIDD Brand Management Co. tikəcək. Şirkətin tikiş fabriki
Çinin Tszyansu əyalətində yerləşir. Şirkətin internet səhifəsində
verilən məlumata görə, o, əsasən məktəbli formalarının istehsalı
ilə məşğuldur.
Mənbə: BusinessMedia
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.