Qızılacılıda yeni körpünün tikintisi ilə bağlı elan edilmiş tenderə ikinci dəfə də heç kim qatılmayıb
Marneuli bələdiyyəsinin Qızılacılı kəndində, Xram kanalının üzərində yeni körpünün tikintisi ilə bağlı elan edilmiş tender ikinci cəhddə də baş tutmayıb.

Yerli özünüidarəetmə orqanı ilk tenderi bu ilin aprel ayında elan etsə də, sonradan ləğv etmiş, ikinci tenderi isə iyun ayında yenidən elan etmişdi. Lakin hər iki cəhddə tenderdə iştirak etmək üçün heç bir tikinti şirkəti
müraciət etməyib. Bu səbəbdən tender rəsmən baş tutmamış elan edilib.

Marneuli meriyası bu inşaat işlərinin həyata keçirilməsi üçün yerli büdcədən 220 min 856 lari xərcləməyi planlaşdırırdı. Vəsaitin tamamilə Marneuli bələdiyyəsinin 2026-cı il büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulurdu.

“Körpünün uzunluğu 8,7 metr, hərəkət hissəsinin ümumi eni 4,5 metr, aşırım konstruksiyasının ümumi eni isə 5,1 metr təşkil edir. Sahil dayaqlarının hər iki tərəfində monolit dəmir-beton konstruksiyalı istinad divarlarının tikintisi nəzərdə tutulur”, – tender sənədlərində qeyd olunub.

Hələlik Marneuli meriyasının yeni tenderi nə vaxt elan edəcəyi məlum deyil.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google