İyulun 1-də Tbilisidə yerləşən Mirzə Fətəli Axundov adına
Azərbaycan Mədəniyyəti Muzeyində görkəmli Azərbaycan mütəfəkkiri
Mirzə Fətəli Axundovun üç əsərinin gürcü dilinə tərcümə olunmuş
kitabının təqdimatı keçiriləcək. Tədbir çərçivəsində muzeyin yeni
rəsmi internet saytının da təqdimatı baş tutacaq.
Tədbir saat 15:00-da Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 17
ünvanında yerləşən muzey binasında keçiriləcək.
Mirzə Fətəli Axundov adına
Azərbaycan Mədəniyyəti Muzeyi 1982-ci
ildə fəaliyyətə başlayıb. Muzey Gürcüstanda yaşayan
azərbaycanlıların tarixi-mədəni irsinin qorunması,
Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf etdirilməsi və
Azərbaycan ədəbiyyatının, incəsənətinin və görkəmli
şəxsiyyətlərinin tanıdılması istiqamətində fəaliyyət göstərir.
Mirzə Fətəli Axundov Azərbaycan ədəbiyyatının və ictimai fikrinin
görkəmli nümayəndələrindən biri hesab olunur. O, dramaturq,
filosof, maarifçi və mütəfəkkir kimi Şərqdə müasir dramaturgiyanın
əsasını qoyub. Axundovun əsərləri tənqidi realizm, maarifçilik
ideyaları və cəmiyyətin inkişafına yönəlmiş düşüncələri ilə
seçilir. Onun yaradıcılığı Azərbaycan və ümumilikdə Qafqazın mədəni
həyatında mühüm yer tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.