Marneulidə ən çox müəllim vakansiyası fənlər üzrə elan edilib – həmin fənlərdə müəllimlər sertifikasiya imtahanını keçməkdə çətinlik çəkirlər
Marneuli bələdiyyəsinin dövlət məktəblərində müəllimlər üçün 79 vakant yer elan edilib. Mövcud məlumatların təhlili göstərir ki, regionda kadr çatışmazlığı əsasən müəllimlərin səriştənin təsdiqlənməsi və imtahan baryerini keçməkdə daha çox çətinlik çəkdiyi sahələrdə hiss olunur.

Açıq vakansiyaların böyük hissəsi fizika, kimya, riyaziyyat, təsviri və tətbiqi incəsənət fənlərinin payına düşür. Bu istiqamətlər ölkə üzrə də ən problemli sahələr
hesab olunur.

Vakansiyalar həm şəhər, həm də rayonun kənd məktəblərini əhatə edir. Ən çox – 15 vakant yer Lejbəddin kənd dövlət məktəbindədir. Burada müxtəlif fənlər – riyaziyyat, tarix, musiqi, fiziki tərbiyə, Azərbaycan və rus dilləri, ibtidai siniflər və kompüter texnologiyaları üzrə müəllimlərlə yanaşı, idman və incəsənət istiqamətləri üzrə də kadr axtarılır.

Kadr ehtiyacı ilə Böyük Muğanlı kənd dövlət məktəbi də seçilir. Burada 12 vakant yer var.

Digər məktəblərdə elan edilən vakansiyalar:
  • Şulaveri 1 saylı dövlət məktəbi – 6 vakansiya;
  • Daştəpə dövlət məktəbi – 6 vakansiya;
  • Ağkörpü dövlət məktəbi – 5 vakansiya;
  • Qızılhacılı 1 saylı dövlət məktəbi – 5 vakansiya;
  • Qaçağan 2 saylı dövlət məktəbi – 5 vakansiya;
  • Xocorni dövlət məktəbi – 5 vakansiya.
Qalan vakant yerlər Marneuli bələdiyyəsinin digər kənd və şəhər məktəbləri arasında bölüşdürülüb. Bunlara Marneuli 5 saylı, Sadaxlı 2 saylı, Güllübağ, Şaumyani 1 saylı, Tsereteli və digər məktəblər daxildir. Bu məktəblərdə vakansiyaların sayı 1-dən 4-dək dəyişir.

Məktəblərin tam siyahısı, vakant yerlərin sayı və əməkhaqqı barədə ətraflı məlumatı təqdim olunan keçiddən əldə etmək mümkündür.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google