Xaricilərin müvəqqəti yaşayış hüququnu alması çətinləşdirilə bilər
Xarici ökənin vətəndaşları bir illik müvəqqəti yaşama hüququ almaq üçün ola bilsin 100 min dollar dəyərində daşınmaz əmlak almalı olacaqlar. Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, qüvvədə olan qanunvericiliyə əsasən bir illik müvəqqəti yaşama hüququ almaq üçün 35 min dollar dəyərində qiymətləndirilən daşınmaz əmlak yetərlidir, ancaq parlament bu məbləğin 100 min dollara qədər artması nəzərdə tutulan qanunlayihə üzərində çalışır.

“Bu qanunun səhvi ondadır ki, həmin mülkü xarici vətəndaş başqasına versə o da müvəqqəti yaşama hüququ əldə edəcək. Çox eləsi hal var bir nəfər ev alır sonra isə başqasının adına qeydiyyat edir. Qanuna əsasən, həmin adamlar da analoji olaraq müvəqqəti yaşama hüququ qazanırlar. Yəni onlar belə deyək karuseli fırladırlar. Bu bizim üçün qəti qəbul edilməzdir”- bildirib Kaladze.

Tbilisi meriyasından bildirirlər ki, dəyişikliklər qüvvəyə mindikdən sonra şəxs əgər mülkü başqasına verərsə onun yaşama hüququ əlindən alınacaq. “Bir daşınmaz əmlakdan bir neçə adamın istifadə etməsi mümkün olmayacaq” – deyir Kaladze.

Dəyişikliklər eləcə də investisiyaya da toxunacaq. Qüvvədə olan qanunvericiliyə əsasən Gürcüstanda 300 min larilik investisiya olan halda xarici ölkə vətəndaşları müəyyən müddətə müvəqqəti yaşama hüququ qazanırlar.

Meriyanın təşəbbüsü ilə 300 min lari 300 min dollara qədər artmalıdır. Kaxa Kaladzenin sözlərinə görə, daimi yaşayış hüququ investorlara 5 il azaldılmalıdır.Tbilisi meri bu dəyişiklikləri ölkənin marağı və təhlükəsizliyi olaraq izah edir. Kaxa Kaladze parlamentə xahişlə müraciət edib ki, müvafiq qanunverici dəyişikliklər tezliklə təsdiqənsin.

Məmbə: netgazeti.ge
Print