DİN: “Yeniyetmənin itməsi ilə bağlı məlumat bu gün səhər daxil olub”
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən qartlı.ge-yə verilən məlumata görə, polis əməkdaşları Qoridə 15 yaşlı yeniyetməni axtarırlar.

Mətbuat Xidmətinin nümayəndəsinin dediyinə görə, yeniyetmənin itməsi ilə bağlı polisə məlumat bu gün səhər saatlarında daxil olub.

Xatırladırıq ki, Qoridə artıq ikinci gündür ki, ailə üzvləri və qohumları yeniyetməni axtarırlar. Yeniyetmə dünən günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb.

Mənbə: qartli.ge
Print Email
FaceBook Twitter Google