İstintaq Xidməti aldatmaqla başqasının böyük miqdarda mülkünü mənimsəməyə cəhd etmə faktı ilə bağlı bir nəfəri saxlayıb (VİDEO)
12:25 / 15.04.2019
Gürcüstanın
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları aparılan
operativ əməliyyat nəticəsində aldatmaqla başqasının
böyükmiqdarda mülkünü mənimsəməyə cəhd etmə faktı
ilə bağlı bir nəfəri saxlayıb.
İstintaq nəticəsində aydın olub ki, müttəhim bir nəfərə zəng vurub
və onun etibarını qazanıb. Onun zəng vurduğu şəxsin köçürdüyü əlavə
dəyər vergisindən 112 000 lari artıq qalıbmış. Dələduzluqda ittiham
olunan şəxs onu əmin edib ki, müxtəlif vəzifədə olan şəxslərlə
əlaqə saxlayaraq ƏDV-də olan məbləği götürməsinə kömək edəcək,
bunun qarşılığında isə 35 000 lari istəyib. Müttəhim bu məbləğdən
20 000 lari əvvəlcədən verilməsini tələb edib və o, həmin məbləği
götürərkən saxlanılıb.
Hadisə ilə bağlı Cinayyət Məcəlləsinin 19-180-ci maddəsinin üçüncü
hissəsi ilə istintaq aparılır. Həmin maddə 6 ildən 9 ilə qədər
azadlıqdan məhrumetməni nəzərdə tutur.