Gürcüstanda hava şəraiti bu gündən dəyişəcək
Gürcüstanda bu gündən havalar pisləşəcək. Ətraf Mühit Agentliyinin məlumatına görə, Gürcüstanın bəzi bölgələrində güclü yağış və dolu yağacağı gözlənilir.

Sinoptiklərin proqnozuna görə, güclü qərb küləyi əsəcək.

“16-18 aprel tarixində Gürcüstanda havalar pisləşəcək, yağış yağacaq, bəzi yerlərdə güclü külək əsəcək, dolu gözlənilir.

17-18 apreldə havanın temperaturu aşağı düşəcək, yüksək dağlıq yerlərdə qar, dənizdə 3-4 bal gücündə fırtına gözlənilir. Gürcüstan çaylarında suyun səviyyəsinin artması ehtimalı var”,
– Ətraf Mühit Agentliyinin məlumatında deyilir.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google