2016-2018-ci illərdə 323 967 əsgərin hərbi xidmətə getməsi təxirə salınıb, həmçinin, onlardan 2419 nəfəri bir il təxirə salınma üçün 2000 lari ödəyib

Üç il ərzində 323 967 əsgərin məcburi hərbi xidmətə getməsi təxirə salınıb – bu haqda məlumatı İPN İnfrastruktur Nazirliyindən əldə edib.


Müəssisənin məlumatına görə, 2016-2018-ci illərdə hərbi xidmərin bir illik təxirə salınması üçün 2419 nəfər 2000 lari ödəyib və ümumilikdə məbləğ 4.8 mln larini təşkil edir.

Konkret olaraq hərbi xidmətlə bağlı 2016-cı ildə 731 nəfər, 2017-ci ildə 814 nəfər, keçən il isə 874 nəfər məbləğ ödəməyi seçib.

Belə ki, İPN-ə verilən məlumatda qeyd olunur ki, 2016-2018-ci illərdə məcburi hərbi xidmət 7 286 dini xadim və dini tədris müəssisələrinin şagirdi üçün təxirə salınıb. 2016-cı ildə 426 dini xadim və dini məktəb şagirdi, 2017-ci ildə 553 nəfər, keçən il isə rəqəm təqribən 11 dəfə, 6307-yə qədər artıb.

Belə ki, qeyd olunn illərdə hərbi xidmətdən 136 152 tələbə keçməyib.

Hərbi xidmətin təxirə salınmasının başqa səbəbləri isə keçən il ərzində 109 219 əsgər təxirə salmadan istifadə edib, bunun: 2 136 vətəndaş üçün çağırışın bir ilə qədər təxirə salınmasının səbəbi sağlmalıq durumudur, hərbi xidmət üçün məhdud yararlı hesab edildiyinə görə 24 243 əsgərə xidmət təxirə salınıb, əsgərə qarşı cinayət işi aaprıldığına görə 96 nəfərin hərbi xidməti təxirə salınıb, eləcə də 46 338 tələbənin hərbi xidməti təxirə salınıb, iki və ya ikidən artıq uşağı olma səbəbi ilə 2 574 nəfərin hərbi xidməti təxirə salınıb, eləcə də təxirə salınma 22 663 tək övladlara, 206 nəfərə Gürcüstan baş-naziri təxirə salma hüququ verib.

Müəssisənin məlumatına görə, 2016-2018-ci illərdə vacib hərbi xidmətdən 16 879 nəfər keçib, çağırışdan isə 9 989 nəfər azad olunub.

Cari ildə isə müəssisənin məlumatına görə, çağırış 12 fevraldan başlayıb və 29 iyunda başa çatacaq.

 

Print Email
FaceBook Twitter Google