"Socar" şirkəti tərəfindən tələbələrin təhsil haqqının ödənilməsi planlaşdırılır
""Socar" şirkəti təhsil haqqını ödəyəcək lakin gecikmələr səbəbindən tələbələr gözləməli olacaqlar" - bu barədə məlumatı Socarın Gürcüstan nümayəndəliyindən verdilər.

Təhsil haqqın ödənməməsi ali məktəblərdə təhsil alan tələbələrin narahatçılığına səbəb olub.

Gürcüstanın Dövlət Universitetlərində təhsil alan tələbələrin “Marneuli” radiosuna müraciəti əsasında təhsil haqqının ödənməməsinin səbəblərini aydınlaşdırmaq məqsədilə SOCAR neft şirkətinin Gürcüstan nümayəndəliyi ilə əlaqə saxladıq.

Adının çəkilməsini istəmiyən şirkət nümayyəndəsi bildirdi ki, "Biz əmr gözləyirik, dəqiq bir məlumat yoxdur. Məlumat olan kimi özümüz xəbər edirik. Azərbycandakı rəhbərlikdən əmr gözləyirik. Nə vaxt məlumat olsa artıq sənədləri yığmağa başlayırıq. Gecikmə olur, birinci semestrdə də gecikmə oldu ödənməmə ehtimalı yoxdur" - şirkətdən bildirdilər.

Onu da qeyd edək ki, ötən semestrdə də ödənişlərdə gecikmələr olmuşdu.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti SOCAR 2007-2008-ci tədris ilindən etibarən Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlı (Gürcüstan azərbaycanlıları) tələbələrin təhsil haqlarını ödəyir.

Print Email
FaceBook Twitter Google