“Hörümçək adam” geyimində 8-ci mərtəbədən
tullanan 4 yaşlı oğlanın vəziyyəti qənaətbəxşdir. Bu haqda İPN-ə
İaşvili klinikasının Mərkəzi Uşaq Xəstəxanasından
bildiriblər.
Həkimin sözlərinə görə, 4 yaşlı uşaq İaşvili klinikasından güman
ki, bu gün evə buraxılacaq.
4 yaşlı uşaq klinikaya 8 mayda çox sayda xəsarətlə Qldanidən
aparılıb.
Baş verənlə bağlı istintaq aparılır.