"Gürcüstanda dini məkanların, ibadət yerlərinin tikintisinə icazənin verilməsi çox çətinliklərlə başa gəlir" - Ramin İgidov

"Gürcüstanda dini məkanların, ibadət yerlərinin tikintisinə icazənin verilməsi çox çətinliklərlə başa gəlir" - bu barədə "Marneuli" radiosu ilə söhbəti zamanı Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov dedi.

Onun sözlərinə görə, 16 may tarixində Gürcüstan Parlamentində keçirilən dini məsələlər üzrə işçi qrupunun görüşü zamanı bir sıra məsələlər: orta məktəblərdə dini dərslərin keçirilməsi, dini məkanların mülkiyyəti məsələsi və onların geriyə qaytarılması, din haqda qəbul olunacaq yeni qanun və dini məkanların tikintisinə icazənin verilməsində yaranan çətinliklər müzakirə olundu.

İgidiov bildirdi ki, bir çox hallarda dini məkanların tikilişi üçün aidiyyətı orqanlara müraciət olunur, ancaq müsbət cavab verilmir.

Şeyx onu da bildirdi ki, dini məkanın tikintisi üçün xüsusi tənzimləyici qanunun olmasına ehtiyac var və bu çox önəmlidir.

Onu da qeyd edək ki, işçi qrupun görüşündə Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, müxtəlif dini icmalar, QHT və hüquqların qorunması sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak ediblər.

Print Email
FaceBook Twitter Google