Abituriyentlər Vahid Milli İmtahanların cavablarından razı qalıblar
2019-cu ilin 1 iyulunda başlayan Vahid Milli
İmtahanlar 24 iyul tarixində sona çatdı, nəticələr isə iyulun
sonlarında elan olundu.
Nəticələri səbirsizliklə gözləyən abituriyentlərin bəziləri
topladıqları ballardan narazı olsalar da, əksəriyyəti razı
qaldıqlarını deyirlər. Bəs qəbul imtahanında iştirak edən
Marneulili abituriyentlər əldə etdikləri nəticələrdən razıdırlar ya
yox? “Marneuli” radiosu bununla bağlı sorğu keçirdi.
Xancığazlı kənd sakini Namiq Abdullayev builki qəbul imtahanında
iştirak edən abituriyentlərdən biridir. O, deyir ki, 34 balla İlia
Dövlət Universitetinə qəbul olub və bu nəticədən olduqca razıdır.
Namiq deyir ki, riyaziyyat fənni onun üçün ən çətin fəndir. Buna
görə də o, hazırlığa getdiyi zaman ərzində müəyyən çətinliklərlə
üzləşib. Abdullayev onu da əlavə etdi ki, ödənişsiz qəbula
hazırlaşmayıb və onun tək arzusu istədiyi universitetə qəbul olub
hüquqşünaslıq ixtisasına yiyələnmək olub.
“Əlbəttə nəricələrdən razı qaldım. Mən pulsuza
hazırlaşmırdım, tək istəyim qəbul olmaq idi. Düşünürəm ki, 34 bal
elə də az deyil. Hazırlaşdığım zamanlar riyaziyyatdan çox
çətinliklər çəkdim, sıfırdan başlamalı idim və sağ olsun, müəlliməm
yaxşı hazırladı. Bəzən maşın olmurdu getməyə, bəzən hava şəraiti
yol vermirdi. Amma nəticə istədiyim kimi oldu”, –
Namiq Abdullayev deyir.
Dövlət imtahanlarının nəticələrindən razı qalan abituriyentlərdən
biri də Kirəç Muğanlı sakini Amil Məmmədovdur. Onun sözlərinə görə,
istədiyi universitetə qəbul olub və bu onun üçün gözlənilən nəticə
idi. A.Məmmədov 38 bal toplayaraq Tbilisi Dövlət Universitetinə
qəbul olub. O, deyir ki, tək çətinliyi imatahan nəticələrini
gözləmək olub.
“Təbii ki, razı qaldım. Əsas istəyim Cavaxişvili universitetinə
qəbul olmaq idi və oldum. Elə də çətinliklərim olmadı tək
çətinliyim nəticələri gözləmək oldu. Amma hansı fakültəni
seçəcəyimi hələ ki, dəqiqləşdirməmişəm”, – Amil
Məmmədov deyir.
Kürtlər kəndində yaşayan Nihat Məmmədov 32 bal toplayaraq İlia
Dövlət Universitetinə qəbul olub. Aldığı nəticədən razı olan
N.Məmmədov hansı ixtisası seçəcəyini bilmir. O, deyir ki, ixtisas
seçimi barədə qərarını hazırlığı başa vurduqdan sonra verəcək.
“Nəticədən bəli razı qaldım, çətinliyim olmadı, hər şey normal idi.
İxtisas seçimimi hələ ki dəqiqləşdirməmişəm”, – Nihat
Məmmədov deyir.
Xatırladaq ki, 2019-cu ilin Vahid Milli İmtahanlarının nəticələrinə
əsasən, ali məktəblərdə təhsil almaq haqqına 28 740 abituriyent
sahib olub, onlarda 6 546-sı isə qrant alıb.