40 yaşlı Səkinə Mustafayevaya təcili qaraciyər köçürülməsi üçün 215 600 lariyə ehtiyac var
40 yaşlı Səkinə Mustafayeva qara ciyər sirrozundan əziyyət çəkir. Həkimlərin bildirdiyinə görə, ona təcili olaraq qara ciyər köçürülməlidir, çünki qara ciyər artıq funksiyasını itirir və digər orqanların da fəaliyyətini itirməsinə səbəb olur.

Ümumi dəyəri 2015 600 lari olan əməliyyat bir ay ərzində həyata keçirilməlidir.

Səkinənin 18, 17 və 7-8 yaşlarında üç övladı var. Böyük övladı anadangəlmə serebral iflicdən əziyyət çəkir və bu illər ərzində onun qayğısına qalan yeganə insan anasıdır.

Ailənin əməliyyat xərclərini ödəmək imkanı yoxdur. Ailə üzvlərindən yalnız həyat yoldaşı işləyir.

Ailənin qohumları təcili olaraq meriyaya müraciət ediblər, lakin Marneuli meriyasının büdcəsindən irəli gələrək yardım üçün ən çox 5 000 lari ayırmaq mümkündür.

Bundan başqa, əməliyyatın keçiriləcəyi xəstəxanadan Səhiyyə Nazirliyinə müraciət olunub. Nazirlikdən isə bildiriblər ki, yardım üçün ən çox 10 000 lari ayıra bilərlər.

Səkinənin yaşaması və övladlarının anasız qalmaması və qalan vəsaitin toplanılması üçün ümid Gürcüstanda və Gürcüstandan kənarda yaşayan xeyirxah insanlara qalıb.

Aşağıda yardım üçün vəsaitin köçürülə biləcəyi bank hesabları qeyd olunub.

Səkinənin ailə üzvləri hər kəsə dəstək üçün öncədən təşəkkürlərini bildirir.











ევროპული ანგარიში:




Print Email
FaceBook Twitter Google