40 yaşlı Səkinə Mustafayevaya təcili qaraciyər köçürülməsi üçün 215 600 lariyə ehtiyac var
13:22 / 08.10.2019
40 yaşlı Səkinə
Mustafayeva qara ciyər sirrozundan əziyyət çəkir. Həkimlərin
bildirdiyinə görə, ona təcili olaraq qara ciyər köçürülməlidir,
çünki qara ciyər artıq funksiyasını itirir və digər orqanların da
fəaliyyətini itirməsinə səbəb olur.
Ümumi dəyəri 2015 600 lari olan əməliyyat bir ay ərzində həyata
keçirilməlidir.
Səkinənin 18, 17 və 7-8 yaşlarında üç övladı var. Böyük övladı
anadangəlmə serebral iflicdən əziyyət çəkir və bu illər ərzində
onun qayğısına qalan yeganə insan anasıdır.
Ailənin əməliyyat xərclərini ödəmək imkanı yoxdur. Ailə üzvlərindən
yalnız həyat yoldaşı işləyir.
Ailənin qohumları təcili olaraq meriyaya müraciət ediblər, lakin
Marneuli meriyasının büdcəsindən irəli gələrək yardım üçün ən çox 5
000 lari ayırmaq mümkündür.
Bundan başqa, əməliyyatın keçiriləcəyi xəstəxanadan Səhiyyə
Nazirliyinə müraciət olunub. Nazirlikdən isə bildiriblər ki, yardım
üçün ən çox 10 000 lari ayıra bilərlər.
Səkinənin yaşaması və övladlarının anasız qalmaması və qalan
vəsaitin toplanılması üçün ümid Gürcüstanda və Gürcüstandan kənarda
yaşayan xeyirxah insanlara qalıb.
Aşağıda yardım üçün vəsaitin köçürülə biləcəyi bank hesabları qeyd
olunub.
Səkinənin ailə üzvləri hər kəsə dəstək üçün öncədən təşəkkürlərini
bildirir.