Azərbaycanda erkən evliliyin cinayət olduğunu əks etdirən video hazırlanıb - Video
Azərbaycanda erkən evliliyə qarşı "Güc birlikdədir" haşteqi ilə video hazırlanaraq sosial şəbəkədə paylaşılıb. Hazırlanmış videoda erkən evlilik qurbanı olan qızın toy günü evdən qaçması, sonda isə valideynlərin övladlarına qarşı etdikləri səhvi başa düşdükləri əks olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində qadını nikaha məcbur etmək və nikah yaşına çatmamış şəxsə qarşı eyni hərəkətlər cinayət hesab olunur.

Print Email
FaceBook Twitter Google