Ərzaq Agentliyi: "Biu-biu" məhsulu olan toyuqda Salmonela aşkarlanıb
Milli Ərzaq Agenliyinin bəyanatına görə “Biu-Biu” məhsulu olan toyuq ətində Salmonela aşkarlanıb.
Agentlikdən bildirirlər ki, cari ilin 21 oktyabrında Milli Ərzaq Agentliyi 11 nəfərin “Ludis Qarxana Çemo Karqo” adlı restoranda baş vermiş intoksikasiyası haqqında Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzdən məlumat alıb. Bundan sonra dövlət nəzarəti çərçivəsində, həmin gün biznes operatorların plansız yoxlayışını həyata keçiriblər.

Agentliyin bəyanatına görə, laboratoroloji tədqiqat üçün ərzaq nümunələri götürülüb və onlar arasında “Ukrayna toyuğunun budu”, “Biu-biu”nun toyuq qanadları (yarımfabrkat, və “Biu-biu”nun marinadlaşdırılmış toyuq filesi).
Agentlikdə bildirirlər ki, laboratoroloji tədqiqat nəticəsində MMC “Çirina” (Biu-biu) və MMC “Geo Distrubition Group”un distributoru olduğu toyuğun marinadlaşdırılmış file nümunəsində Salmonela aşkarlanıb.

Mikro bioloji pozuntu həmçinin, Ukrayna qoyuğunun budu nümunəsində (İstehsalçı „Processing Complex“ Ukrayna, distributor MMC “Sani”) də aşkarlanıb.

“Laboratoloji tədqiqat nəticələrini nəzərə almaqla 25 oktyabrda Milli Ərzaq Agentliyi həmin restoranda təkrar olaraq yoxlayış aparıb və ciddi uyğunsuzluq olduğuna görə restoranın fəaliyyətini dayandırıb.

Yuxarıda qeyd olunan restoranın toyuq filesini aldığı market (Tbilisi, Qldani I mikro rayon, 2-ci korpus) də yoxlanılıb. Obyektdə qeydə alınan ciddi uyğunsuzluqlara görə fəaliyyəti dayandırılıb və 1000 lari cərimə təyin olunub”- Agentlikdən bildirirlər.
Qeyd olunanlardan sonra Agentik sonuncu mərhələdə MMC “Çirina” (quş sallaqxanası) və distrübutor olan “Geo Distrubition Group” şirkətində də dövlət nəzarəti həyata keçirib. Laboratoloji tədqiqat nəticəsində götürülən beş nümunədən dördündə Salmonela aşkarlanıb:

“Qeyd olunan şirkətlərə ərzağın bazarından yığışdırılması tapşırılıb və daha sonra araşdırma və reaksiya göstərilmə məqsədi ilə iş müvafiq orqana verilib”- Agentlikdən bildirirlər.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google