Qabunianın sözlərinə görə ruhani şəxs ona cinsi təcavüz edib – [VİDEO]
“Mtavari” kanalının “Post Faktum” verilişinin
aparıcısı Qiorqi Qabunianın sözlərinə görə, bir ruhani şəxs ona
cinsi təcavüz edib.
Qabunia öz monoloqunda konkret olaraq hansı kilsə və hansı ruhani
şəxs olduğunu qeyd etməyib. O, deyib ki, hadisə illər öncə
“Müqəddəs Qiorqi adına olan kilsələrdən birində” baş verib. Onun
dediyinə görə, keşiş və o, tək qaldıqları zaman ruhani şəxs ona
toxunub.
Qabunia deyir ki, bu hal bir neçə dəfə təkrarlanıb. O, etirazını
bildirib kilsəni tərk etdikdə isə həmin keşişin yanında başqa bir
gəncin olduğunu görüb. Qabunia həmin gəncin də cinsi təcavüzün
hədəfi ola biləcəyini güman edir.